Sovet İttifaqının Süqutu və Rusiya və Çində Bazar İqtisadiyyatına Keçidİn Müqayisəsi

Sovet İttifaqının parçalanması və ya çöküşü – 1980-ci illərin ikinci yarısında ittifaqın milli respublikalarında siyasi etirazların artması ilə başlamış və 8 dekabr 1991-ci il tarixli Belovezha Razılaşmaları nəticəsində 26 dekabr 1991-ci ildə Ali Sovetin səsverməsi ilə SSRİ-nin dağılması ilə nəticələnmiş prosedur. Çöküşün siyasi, iqtisadi və mədəni səbəbləri barədə bir neçə analizə rast gəlmək olar. Bu yazıda daha çox iqtisadi və siyasi səbəblərə, habelə müasir Rusiya Federasiyasının bazar iqtisadiyyatına keçid siyasətinə və bu siyasət və nəticələrinin oxşar yoldan keçmiş Çinlə müqayisəsinə yönələcəyik.

Bir çoxları Sovetlərin dağılmasının qaçılmaz olmadığını, əksinə Qorbaçov və Yeltsin başda olmaqla konkret şəxslərin səhv siyasətlərindən qaynaqlandığını qeyd edir ve xüsusən, Qorbaçovu siyasi reformlarda yanlış insiativ almaqla günahlandırırlar. Bu, xüsusilə, yenidənqurma və qlasnost yanaşmaları, bazar təşəbbüsləri və xarici siyasət mövqeyi üçün keçərlidir. David Kotz və Fred Weir’e görə sovet elitaları mənfəət əldə etmək üçün millətçiliyi və kapitalizmi təşviq etməkdən məsul idilər (Kotz & Weir, 1997).

Digər tərəfdən, dərin köklü struktur məsələlər səbəbiylə çökmənin qaçılmaz olduğunu ifadə edən daha çox determinist bir fikir də var. Belə ki, iddiaya görə ittifaqın daxilindəki 15 fərqli millətin zamanla rəhbərliyin yerli hala gətirilməsi, yerli dilləri dəstəkləmək kimi bir neçə Sovet siyasətinin nəticəsi olaraq milli şüuru toplaması çöküşün təməllərini atmış əsas səbəb oldu (Walker, 2003).

İqtisadi səbəblərə gəldikdə isə, 1970-ci illərin ortalarında “Nixon Shock” və Əfqanıstandakı müharibənin nəticəsi kimi 1979-85-ci illər aralığındaki pul böhranı-Durğunluq Dövrü (the Era of Stagnation) vurğulanmalıdır. Həm də Sovet planlı iqtisadiyyatı mürəkkəb müasir iqtisadiyyatla ayaqlaşa bilməmişdi. Satışda olan ticari mallar artıq çox vaxt müştərinin zövq və tələblərinə cavab vermək iqtidarında deyildi. Korrupsiya və statistik məlumatların saxtalaşdırılması da iqtisadiyyatı pisləşdirən əsas amillərdən idi. Eyni zamanda, Sovet İttifaqında ikinci iqtisadiyyatın – qeyri-rəsmi sektorun sürətli inkişafı səbəbindən mərkəzi planlaşdırmanın təsirləri dinamik şəkildə mənfi yöndə dəyişməyə başladı.

Kompüterləşmədə gerilik də iqtisadiyyatı geridə tutan əsas səbəblərindən biri idi. Sovetlər əhəmiyyətli çiplərin etibarlı miqdarda yığılmasında, faydalı və məhsuldar layihələrin proqramlaşdırılmasında, ayrı-ayrı tapşırıqların təşkilində və PC müştərilərinə kömək təklifində böyük çətinliklər yaşadılar.

Sovet iqtisadiyyatının ən güclü tərəfi, yəqin ki, böyük neft və qaz hasilatı idi. 1973-74-cü illərdə dünyada neft qiymətlərinin dörd dəfə artması və 1979-81-ci illərdə yenidən yüksəlməsi sayəsində iqtisadiyyat bəzi çatışmazlıqları aradan qaldırmağı bacardı. Ancaq yenə də aşağıdakı məlumatlarda və qrafikdə göstərildiyi kimi Ümumi Daxili Məhsul (ÜDM) yenə də durmadan azalırdı (ikinci qrafikdə ÜDM-ə aid olan məlumatlardakı ciddi statistik saxtalaştırmalar göstərilmişdir). Təxminən 1.2 dəfə çox iş gücünə sahib olmasına baxmayaraq, Sovetlər, ABŞ  ÜDM-in yalnız yarısına sahib idilər.

Comparison between the Soviet Union and the United States economies (1989) according to 1990 CIA The World Factbook[11]
Soviet UnionUnited States
GDP (GNP) (1989; millions $)2,659,5005,233,300
Population (July 1990)290,938,469250,410,000
GDP per capita (GNP) ($)9,21121,082
Labor force (1989)152,300,000125,557,000
https://upload.wikimedia.org/wikipedia/en/thumb/7/78/Graph_of_Soviet_National_Income_Growth.png/350px-Graph_of_Soviet_National_Income_Growth.png

Sovet İttifaqının dağılmasından sonra Rusiya mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan qlobal inteqrasiya olunmuş bazar iqtisadiyyatına keçərək köklü bir dəyişiklik etdi. Lakin dərin korrupsiya, dövlət gəlirlərinin toplanmasında çətinliklər və maliyyə büdcəsi kəsirlərinə görə qısa müddətli borc alma asılılığı sistem çökdürməyə başladı. Beləliklə hadisələr məşhur 1998 Rusiya Maliyyə Böhranı ilə nəticələndi və real ÜDM 1999-cu ildə% 40-dan çox azaldı. Bu da özü ilə iqtisadi bərabərsizlik, yoxsulluq və həyat standartlarında ciddi düşüş gətirdi.

1999-2008-ci illər dövrü, ÜDM-nin ildə orta hesabla 7% böyüdüyü üçün Rusiya iqtisadiyyatının bərpası kimi qəbul edilir. Bərpanın əsas səbəbi olaraq rublun devalvasiyası və yerli istehsalçıların qlobal arenada geniş qüvvəyə yiyələnmələri göstərilir. Kiçik və orta müəssisələri inkişaf etdirməyə hesablanmış %13-lik sabit gəlir vergisi islahatı da bu mənada vurğulanmalıdır. Aşağıdakı qrafik Rusiya ÜDM-in alıcılıq qabiliyyətinin 1991-2019-cu illər arasında necə artdığını göstərir.

https://upload.wikimedia.org/wikipedia/commons/e/ee/HDP_PPP_per_capita_Russia.jpg

Çin də mərkəzləşdirilmiş şəkildə planlaşdırılan bazar iqtisadiyyatına keçid zamanı daha çox ixracata və son illərdə texnoloji inkişafa diqqət yetirdi. Bunu bu qədər yaxşı bacarmasının səbəbləri olaraq böyük işçi qüvvəsi və özünün tarixi-mədəni köklərinə əsaslanan, daha intizamlı iş etikası ilə çalışan kadrlara sahib olmaq kimi üstünlüklər göstərilə bilər. Çin son 30 ildə ortalama %6 artım göstəricisi ilə dünyanın ən böyük mal ixracatçısı, ikinci böyük iqtisadiyyatı və eyni zamanda böyük iqtisadiyyatlar arasında ən sürətli böyüyənidir. Nəzərə alaq ki, yuxarıda qeyd olunduğu kimi Rusiya yalnız 1999-2008-ci illər üçün orta hesabla 7%-lik bir artım göstəricisinə sahib idi (cari 2019-cu ildə bu rəqəm % 2,5 təşkil edir). Çin, həmçinin, aşağıda göstərilmiş alıcılıq qabiliyyəti paritetindəki siyahıya da başçılıq edir. Adambaşına düşən ÜDM (nominal) siyahısı isə bu iki ölkənin yaxın olduğu az saylı belə müqaisələrdən biridir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə bu mənada Rusiya 61-ci, Çin isə 65-ci pillədədir. Çinin Rusiyadan 10 qat çox, dünyada isə ən çox əhaliyə sahib olduğunu nəzərə alsaq, onların siyahının ilk pillələrində olmamasını başa düşmək olar.

https://upload.wikimedia.org/wikipedia/en/timeline/74586c395f490986ab8e293c9ef84fae.png

Xülasə etsək, Rusiya ilk on ildə bütün çətinlikləri məğlub edərək özəl sektoru inkişaf etdirdi və mühüm iqtisadi islahatlar edərək uğurla bazar iqtisadiyyatına keçdi. Buna baxmayaraq, Çin mümkünsüzü etməkdə və dünyanın ən böyük iqtisadiyyatı olmaq yolunda irəliləməkdədir. Bu səbəbdən, hazırkı vəziyyətdə rəqəmlərə  inansaq, Çinin bazar iqtisadiyyatına keçməkdə daha uğurlu olduğunu görərik.

Yazar: Nickel

Referanslar: 

  • Treml & Alexeev “THE SECOND ECONOMY AND THE DESTABILIZING EFFECT OF ITS GROWTH ON THE STATE ECONOMY IN THE SOVIET UNION: 1965–1989”, BERKELEY-DUKE OCCASIONAL PAPERS ON THE SECOND ECONOMY IN THE USSR, Paper No. 36 Manufactured goods sector was worth 118 billion rubles in 1972 
  • Shane, Scott (1994). “What Price Socialism? An Economy Without Information”. Dismantling Utopia: How Information Ended the Soviet Union. Chicago: Ivan R. Dee. pp. 75 to 98. ISBN 978-1-56663-048-1. 
  • James W. Cortada, “Public Policies and the Development of National Computer Industries in Britain, France, and the Soviet Union, 1940—80.” Journal of Contemporary History (2009) 44#3 pp: 493–512, especially page 509-10. 
  • Frank Cain, “Computers and the Cold War: United States restrictions on the export of computers to the Soviet Union and Communist China.” Journal of Contemporary History(2005) 40#1 pp: 131–147. in JSTOR 
  • Bruce Parrott (1985). Trade, Technology, and Soviet-American Relations. Indiana UP. pp. 10–12. ISBN 978-0253360250
  • Global Economy. From 1500 to the Present. Cambridge University Press. pp. 65–66. ISBN 9781107507180. 
  • Brown, Archie (1997). The Gorbachev Factor. Oxford: Oxford University Press. ISBN 978-0-19288-052-9. 
  • Breslauer, George (2002). Gorbachev and Yeltsin as Leaders. Cambridge: Cambridge University Press. pp. 274–275. ISBN 978-0521892445. 
  • Edward, Walker (2003). Dissolution: Sovereignty and the Breakup of the Soviet Union. Oxford: Rowman & Littlefield Publishers. ISBN 978-0-74252-453-8. World Bank 
  • “GDP growth (annual %)”. World Bank.
  • “Members”. APEC Study Center; City University of Hong Kong.
  • Scheidel, Walter (2017). The Great Leveler: Violence and the History of Inequality from the Stone Age to the Twenty-First Century. Princeton University Press. p. 222. ISBN 978-0691165028. 
  • Russia’s economy under Vladimir Putin: achievements and failures. RIA Novosti.
  • “Report for Selected Country Groups and Subjects (PPP valuation of country GDP)”. IMF.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: