NOBEL MÜKAFATLARI: ÜMUMİ MƏLUMAT

IMG_0002


Yəqin ki, çoxunuz Nobel mükafatı haqqında az da olsa biliyə sahibsiniz. Maraqlandığınız sahələrdə olan bəzi Nobel laureatlarını tanıyırsınız. Ən azından Einstein, Rentgen, Landau, Hemingway, Kamyu, Pavlov, Teresa və Qırmızı Xaç komitəsi kimi adlar sizə tanışdır.

“Nobel mükafatları” adı altında  sizinlə birlikdə Nobel tarixində səyahətə çıxacağıq və bu mükafata layiq görülmüş bəzi dahi insanlarla yaxından tanış olacağıq. Yazılarımızda isə heç bir xronoloji ardıcıllıq və ya sahə ardıcıllığı olmayacaq, laureatlar qarışıq şəkildə sizlərə təqdim olunacaq. Bu yazımızda isə Nobel haqqında qısa, ümumi məlumatlar öyrənəcəyik.

Mükafat hər il kimya, fizika, sülh, fiziologiya və tibb, ədəbiyyat sahələrində böyük nailiyyətlər əldə etmiş insanlara İsveç Kral Elmlər Akademiyası, İsveç akademiyası, Korolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən verilir. İlki Alfred Nobel tərəfindən 1895-ci ildə təsis edilən mükafatın hazırki təsisçisi Nobel Foundation isə 1900-cü ildə qurulub. 1968-ci il Nobel tarixində ilk dəfə İqdisadiyyat üzrə mükafatın verilməsi ilə əlamətdardır və bu mükafatın təsisçisi İsveçin Riks bankıdır. Mükafat mövcud olduğu bütün sahələrdə ən nüfuzlu və ən böyük hesab olunur.

Norveçin paytaxtı Oslo şəhərində təqdim olunan Nobel sülh mükafatını çıxsaq, bütün qalan sahələr üzrə mükafatlandırma mərasimi İsveçin Stockholm şəhərində keçirilir. Qaliblər qızıl medal, diplom və həmin il müəyyən olunan miqdarda pul mükafatı alırlar. Məsələn, 2012-ci ildə bu məbləğ 1,2 milyon dollar olub.

Mükafatın yaradıcısı Alfred Nobel dövrünün mühəndisi və kimyaçısı olub. O, daha çox dinamitin ixtiraçısı olaraq tanınır. O, həmçinin, tüstüsüz barıt növləri olan ballistit və korditin patentini almışdır. Bundan əlavə, onun adını çəkmədiyimiz 352 ixtirası daha var.

Riyaziyyat üzrə Nobel Mükafatının olmama səbəbi isə kifayət qədər maraqlıdır. Alfred Nobelin həyat yoldaşı (bəzi mənbələrdə nişanlısı) dövrün riyaziyyatçılarından biri ilə (adı dəqiq olaraq bilinmir, sadəcə bəzi iddialar mövcuddur) gizli əlaqədə olub və bundan xəbər tutan Nobel  daha sonralar riyaziyyat üzrə mükafatın verilməməsini qərarlaşdırıb.

Nobel mükafatından danışarkən bu mükafatın anti-əkizi olan IG Nobel haqqında məlumat verməmək olmaz. Adını ingilis dilindəki “ignoble” (alçaq) və “nobel” sözlərinin birləşməsindən alan mükafat 1991-ci ildən bəri “Annals of Improbable Research” (Ağılasığmaz araşdırmaların salnaməsi) jurnalı tərəfindən ilin ən mənasız və lazımsız kəşf və ixtiralarına verilir. Mükafatın təsisçiləri məqsədinin əvvəl güldürmək, sonra isə düşündürmək olduğunu deyirlər. Onlar qeyd edirlər ki, bəzən ən absurd araşdırmalar belə lazımlı bilgilərə çevrilir.

IMG_0004
“IG Nobel əvvəlcə güldürür, sonra düşündürür”

“Nobel mükafatları” macəramızda bəzən maraqlı IG Nobel mükafatı laureatları barədə də yazacağıq.

Yazar: Mendeleyevum

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: