Pangeya Parçalanmasaydı nə olardı?

Pangeya parçalanmasaydı günümüzdəki ölkələr bu şəkildə yerləşərdi.1

Günümüzdəki 6 materik bundan hardasa 200-300 milyon il əvvəl Superqitə (Pangeya) adında tək bir quru parçası olaraq bir-birinə bağlı idi. “Piltə tektonikası” deyilən yer qabığı hərəkətləri səbəbiylə qitələr zaman içərisində bir-birindən ayrıldı. Həqiqətən də, dünya xəritəsinə baxanda qitə kənarlarının (Məsələn: Cənubi Amerikanın şərqi ilə Afrikanın qərbi) -eynən pazılın (puzzle) parçası kimi bir-birinə uyğunluğu görünür.

Cənubi Amerika və Afrika pazılın bir parçası.2

Qeyd: Paleozoy erasının Kembiri dövrünün sonunda Yer kürəsinin şəklini bu linkdən keçid edib video formasında izləyə bilərsiniz: https://dar.vin/ET3xP

Bəs Süperqitə (Pangeya) heç parçalanmasaydı nə kimi dəyişikliklər olardı? 

Bu suala cavab verməmişdən öncə, geoxronologiya üzrə Yerin geoloji inkişafı haqqında qısa da olsa giriş məlumatı verək:

  1. Arxey və Protorozoy erasında qədim qırışıqlar və güclü vulkanizm başladı. Bu eralarda əvvəlcə yer səthini əhatə edən Dünya okeanı Pantalas, daha sonra isə onun daxilində ilk quru Pangeya əmələ gəlmişdir. İlk bakteriyalar, ibtidai hüceyrələr və onurğasızlar da bu erada yaranıb.
  2. Paleozoy erasında Pangeya Lavrasiya (Şm Amerika və Avrasiya materikləri) və Qondvana (ekvatordan cənubdakı materiklər və Ərəbistan, Hindistan yarımadaları) quru parçalarına ayrıldı. İynəyarpaqlılar, çılpaqtoxumlu bitkilər, ilk balıqlar və suda-quruda yaşayanlar bu erada yarandı.
  3. Mezozoy erasında Lavrasiya və Qondvana parçalanaraq müasir materikləri əmələ gətirmişdir. Örtülütoxumlu bitkilər, quşlar və məməlilər yaranması bu eraya təsadüf edir.
  4. Kaynazoy erasında Tetis okeanı parçalanaraq Aralıq, Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması baş vermişdir. Məhz bu erada müasir landşaftlar və ilk insanlar yaranmışdır.

Yəqin ki, az da olsa Yerin geoloji  inkişafı barəsində məlumat formalaşdıra bildik. İndi isə sualımıza cavab axtaraq.

Heç bir şübhə yoxdur ki, Pangeya parçalanmasaydı həyat daha az çeşitliliyə malik olardı, çünki var olan növlərdən yeni növlərin ortaya çıxması -“Spesifikasiya”nın əsas amillərindən biri “coğrafi təcrid”dir.

Coğrafi təcrid canlıları fərqli seçim təzyiqlərinə tabe etməklə yeni xüsusiyyətlərin təkamülünü təmin edir. Məsələn, təxminən 160 milyon il əvvəl Superqitənın cənub yarısında Qondvanadan ayrılmış Madaqaskar adasını götürək. Beynəlxalq Ətraf Mühitin Mühafizəsi (Conservation International) təşkilatının məlumatlarına görə, bu adada inkişaf etmiş bitki və məməli növlərin əksəriyyəti başqa heç bir yerdə yoxdur. Bundan əlavə, Superqitənın daxili hissələri son dərəcə isti və quru olardı. 

Ohayo Universitetinin Yer Elmləri professoru Damian Nance deyir:

“Pangeyanın çox böyük olması səbəbindən, nəm daşıyan buludlar torpağın iç hissələrinə doğru hərəkət etdikdə nəmin çox hissəsini itirmiş olardı.  Bu, canlı həyat imkanlarının əhəmiyyətli dərəcədə məhdud olmasına səbəb olardı.”

Yer öz oxu ətrafında fırlandığı üçün super kütləli Superqitə (Pangeya) qütblərdən uzaqlaşaraq Ekvator bölgəsində yerləşərdi. Planetimizdəki ən isti yer olan Ekvator iqliminə hansı canlıların daha yaxşı uyğunlaşacağını soruşsanız, bu canlılar qrupu çox güman ki, sürünənlər olacaqdır.

Keçid linkindən istifadə edərək Yer Kürəsində istənilən nöqtənin geoloji keçmişdə hansı formada olduğuna göz ata bilərsiniz.4

Yer qabığının hərəkətləri olmasaydı nə olardı?

Əslində, bütün bu spekulyasiyaların əsasını “tektonik plitə hərəkətləri” qoyur. Yer qabığının hərəkətləri bu super gücə sahib olmasaydı, Superqitə də parçalanmazdı. Beləliklə soruşaq: yer qabığın tektonik hərəkəti olmasa, nə olardı?

  • Zəlzələlər, vulkan püskürmələri və sunami baş verməzdi.
  • Dağlar əmələ gəlməzdi. Dağlar olmadığı təqdirdə, olduqca güclü olan tornadolar (küləklər) çıxıntılı kimi görünə bilən bütün torpaq formalarını düzəldərdi.  Hündürlüyün olmaması çayların axımını dəyişdirərək  daha durğun hala salardı (sürəti, meyilliyi az olardı). Bundan əlavə, yüksək bulaqdan tökülən çayların olmaması eroziyanı minimuma endirər və daha hamar bir torpaq meydana gəlməsinə səbəb olardı.
  • Yüksək dağlar buludları tutaraq hava modelləri (şərait) yaradır.  Ancaq dağlar olmasa, musson yağışları kimi bəzi hava modelləri meydana gəlməzdi.  Yer qabığının hərəkəti okean cərəyanlarına da təsir etdiyindən, tektonik hərəkətlərin olmaması okean dövranını ciddi şəkildə pozacaqdı. Bu, hava və iqlim şəraitinə təsir edərdi.
  • Karbon Yerdəki temperaturu tarazlıqda saxlayır.  Karbon dövranını təmin edən tektonik hərəkətlər olmasaydı, karbon vulkanik püskürmələr nəticəsində yayılmaqdan daha çox torpağa düşmüş olardı ki, bu da uzun müddət Yerin soyuqlaşmasına səbəb olardı. Nəticədə canlıların müxtəlifliyi çox azalacaqdı.

Yazar: Helium

Mənbə:

  1. Pangeya. (2019, 18 Dekabr). URL: https://az.m.wikipedia.org/wiki/PangeyaGeologiya
  2. Hadhazy, A. (2011, 13 May). What If the Supercontinent Pangaea Had Never Broken Up? URL: https://www.livescience.com/33279-what-if-pangaea-never-broke-up-supercontinent.html?cmpid=514629_20160206_58000766
  3. Yılmaz, B. (2019, 29 Mart). Pangea Nedir? Kıtaların ve Anadolu’nun Jeolojik Evrimi. URL: https://evrimagaci.org/pangea-nedir-kitalarin-ve-anadolunun-jeolojik-evrimi-3617

Foto mənbələr:

  1. https://dar.vin/FgClH .
  2. Paleozoy erasının Kembiri dövrünün sonunda Yer kürəsinin şəklini bu linkdən keçid edib video formasında izləyə bilərsiniz: https://dar.vin/ET3xP
  3. Keçid linkindən istifadə edərək Yer Kürəsində istənilən nöqtənin geoloji keçmişdə hansı formada olduğuna göz ata bilərsiniz: https://dar.vin/arnN9

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: