Altı ölkədən çağdaş dövrün yeddi yazarı

Çağdaş ədəbiyyat, əsasən, İkinci Dünya müharibəsindən sonra, yəni 1940-cı illərdən başlayaraq günümüzədək davam edən dövrü əhatə edir. Bu dövrün səciyyəvi xüsusiyyəti postmodernizmin yaranmasıdır.

Postmodernizm fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Postmodern ədəbiyyat isə metafiksiya, etibarsız rəvayət, öz-özünə refleksivlik, intertekstuallıq, ironiya, qara yumor ilə xarakterizə olunan və həm tarixi, həm də siyasi mövzuları tez-tez tematikləşdirən ədəbiyyat formasıdır. Bu dövrün bir digər xüsusiyyəti  fantaziya və elmi fantastika kimi janrların inkişaf etməsidir.

Yazarımız Lithiumun seçdiyi altı ölkədən çağdaş və postmodern ədəbiyyatın yeddi nümayəndəsini/yazarını sizlərə təqdim edirik:

  • Joze Saramaqo (1922-2010) – Portuqaliya
Joze Saramaqo1

“Qeyri-mümkünlüyün mümkünlüyü, arzular və illuziyalar – mənim romanlarımın əsas predmeti məhz bunlardır”.

Bəzi əsərləri: “Baltazar və Bilimunda” (1982),  “İsanın incili” (1991), “Korluq” (1997), “Bənzər” (2002), “Təxirə salınmış ölüm” (2005).

  • Haruki Murakami (1949-) – Yaponiya
Haruki Murakami2

“Qaranlıq, sərin, sakit bir yerdir. Ruhunuzdakı zirzəmi. Və bu yer bəzən insan ağlına təhlükəli ola bilər. Qapını açıb o qaranlığa girə bilirəm, amma çox diqqətli olmalıyam. Hekayəmi orada tapa bilirəm. Sonra o şeyi səthə, gerçək dünyaya gətirirəm. ”

Bəzi əsərləri: “Küləyin nəğməsini dinlə” (1979), “Norveç meşəsi” (1987), “Ququq quşunun salnaməsi” (1994,1995), “Kafka sahildə” (2002), “1Q84” (2009,2010).

  • Duqlas Adams (1952-2001) – İngiltərə
Duqlas Adams3

“Bəs fikirlər əslində haradan qaynaqlanır? Əsasən bir şeylər haqqında əsəbləşməkdən. Böyük problemlərdən deyil, sizi hər tərəfdən dəli edən kiçik qıcıqlanmalardan.”

Bəzi əsərləri: “Qalaktika üzrə avtostopla” (1979), “Kainatın sonunda restoran” (1980), “Həyat, kainat və hər şey” (1982), “Hələlik, və bütün balıqlara görə çox sağ olun!” (1984), “Əsasən zərərsiz” (1992).

  • Nil Qeyman (1960-) – İngiltərə
Nil Qeyman4

“Xəyal qurmaqdan fikir alırsınız. Sıxılmaqdan fikir alırsınız. Hər zaman fikir alırsınız. Yazıçılar və digər insanlar arasındakı yeganə fərq biz bunu etdiyimiz zaman fərqinə varırıq.

Bəzi əsərləri: “Ulduz tozu” (1997), “Amerikan Tanrıları” (2001), “Qəbiristanlıq kitabı” (2008), “Qum-adam” (1989-2015), “Yolun sonundakı okean” (2013).

  • Etqar Keret (1967-) – İsrail
Etqar Keret5

“Yazmağımın səbəbi duyğularımla dialoqda olmamağımdır; yazı məni özümlə əlaqələndirir.”

Bəzi əsərləri: “Tanrı olmaq istəyən avtobus sürücüsü” (2004), “Qəzza blues” (2004), “Soyuducunun üstündəki qız” (2008), “Qəfil tıqqıltı” (2010), “Yeddi yaxşı il” (2015)

  • Alper Canıgüz (1969-) – Türkiyə
Alper Canıgüz6

“Franz Kafka adlı şəxsin mənim qədər yaxşı uydurduğunu görəndə ​​kiçik bir məyusluq yaşadım. Ancaq tez özümə gəldim. Nə də olsa, mən daha gənc idim və o ölü idi.”

Bəzi əsərləri: “Şirin yuxular” (2000), “Oğullar və incik ruhlar” (2004), “Gizli agentlik” (2008), “Cəhənnəm Çiçəyi” (2013), “Qan və Gül” (2017).

  • İlham Əkbərli (1991-) – Azərbaycan
İlham Əkbərli7

“Biz təbliğat olsun deyə ispan futbol klubunun oyunçularının köynəyi üzərinə ölkəmizin adını yazdıran bir xalqıq. Bundan absurd, yenilikçi nə var ki dünyada? Ədəbiyyat gərək belə yeniliklərdən bol-bol yararlansın.”

Bəzi əsərləri: “Müasir dünyamızda intiharın inkişaf yolu və M.D.İ” (2014), “Tovuz Blues” (2015), “Çox adam var” (2020).

Yazar: Lithium

Şəkillərə istinadlar:

  1. https://www.goodreads.com/photo/author/1285555.Jos_Saramago
  2. https://www.goodreads.com/photo/author/3354.Haruki_Murakami
  3. https://images.app.goo.gl/QrmPWRoraYDFCgsG9
  4. https://images.app.goo.gl/6ua6abRB2UQtsTd37
  5. https://www.newyorker.com/books/page-turner/fiction-this-week-etgar-keret-2017-05-15
  6. https://www.zaytung.com/blgdetay.asp?newsid=322044
  7. https://www.azadliq.org/a/27240845.html

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: