Venerada həyat var?

14 Sentyabr 2020-ci ildə Venerada tarixdə ilk dəfə həyat əlaməti müşahidə olundu. Bəs bu nə deməkdir? Belə bir şey mümkündürmü? 

İndi isə ən başdan başlayaq. 

Uzun illər boyunca astronomlar başqa planetlərdə və kainatlarda həyatın olub-olmadığını bioizlərlə müəyyən etməyə çalışıblar. Bioizlər, sadə dillə desək, həyatın varlığı üçün zəruri olan maddələrə deyilir. Bioizlər içərisində ən məşhuru yəqin ki, oksigendir. Oksigen sürətli bir şəkildə bir neçə min il içində oksidləşə bilir. Buna görə də atmosferdə yüksək miqdarda davamlı oksigenin olması üçün eyni zamanda da davamlı oksigen sintez edən mənbə olmalıdır- dünyada bu mənbə ağaclardır.

Digər alternativ təklif edilən bioiz isə fosfin qazıdır. Fosfin dünyada yalnız laboratoriya istehsalı ilə və ya üzvi maddələrin çürüməsi ilə əldə edilə bilir. Bu çürümə adətən su ilə zəngin mühitlərdə mümkün olur, lakin Venerada su bizim bildiyimiz qədərilə mövcud deyil. İndi isə hipotezi aydın dillə desək, bir planetdə bu qədər çox yüksək konsentrasiyada fosfin əldə eləmək üçün həyat mövcud olmalıdır.

Şəkil 1. Beynəlxalq elm adamlarından ibarət olan bir qrup tarixdə ilk dəfə Venerada yaşam əlaməti ola biləcək fosfin maddəsini kəşf edib.
Şəkil 2. Venerada fosfin qazının varlığını bildirən ilk elmi məqalə. Nature Astronomy Jurnalı, 14 Sentyabr 2020.

Fosfin qeyri-həyati mənbələrdən yarana bilərmi?

Elm adamları məqalənin yarısını fosfinin Veneranın atmosferində yaranma mexanizmi üçün alternativ yollar təxmin edirlər. Xüsusilə də əgər Şəkil 1-ə diqqətlə baxsanız, potensial vulkan partlamalarından tutmuş, meteoritlərin gətirilməsinə qədər hər cür fərziyyə müzakirə və analiz edilir. Lakin bu ehtimalların hamısı bu halda ya imkansızdır ya da müşahidə olunduğu kimi yüksək konsentrasiyada fosfin istehsal etməyə qadir deyil (Greaves et al. 2020).

Şəkil 3. Venerada fosfin qazının alternativ yaranma mexanizmini və səbəblərinin analiz edildiyi fərziyyələr (Greaves et al. 2020).

Fosfini daha əvvəl müşahidə etmişikmi?

Fosfin maddəsi daha öncə kometalarda müşahidə olunub. Buna misal olaraq Rosetta missiyasından 67P/Churyumov-Gerasimenko kometini göstərmək olar (Altwegg et al. 2016).

Kometalar tərkiblərində çoxlu üzvi maddələrin və suyun olması ilə bilinirlər. Buna görə də bəzi elm adamları iddia edir ki, dünya uzun müddət əvvəl kometalar tərəfindən yaradılıb. Çox bəsit dillə desək, buz komet daxilində isindikcə sublimasiya edir və bununla da su ilə zəngin mühitdə aktiv şəkildə fosfin yaranmasına yol açır. Lakin yenə də kometalarda müşahidə edilən fosfinin miqdarı Veneradakı müşahidələrimizə müqayidəsə heç nədir. 

Bəs Venerada həyat necə mövcud ola bilər? 

Əslinə qalsa, Veneranın səthi yaşamaq üçün heç də uyğun məkan deyil. “Runaway greenhouse” (azərbaycanca- qaçaq istixana) effekti onu göstərir ki, səth qurğuşunu əridə biləcək qədər istidir və davamlı olaraq sulfur yağışlarına məruz qalır. Bu səbəblə də, Rusiyadan göndərilən kosmik problardan heç biri bir neçə saatdan daha çox dözümlü qala bilməyib. Bu səbəblə də 1980-ci illərdən bu yana oraya heç bir yeni kosmik gəmi göndərilmir. Halbuki Venera 1962-ci ildə kosik probların ilk səyahət etdiyi planet idi.

İndi isə Veneranın atmosferindən 50 kilometr yuxarı qalxsaq, Günəş sistemində olduğu kimi siqnalın mövcud olduğu yerə çatarıq. Bu bölgədəki atmosfer təzyiqi Yer kürəsindəki ilə eyni olmaqla yanaşı, temperatur da 0-50 selsi dərəcə arasında dəyişir. Daha da maraqlısı, qravitasiya da dünyadakı ilə eynidir. Buna görə də bir çox tədqiqatçılar düşünürlər ki, Marsda kolonizasiya yerinə Venerada bulud şəhərlər tikmək daha realistikdir.

Tam bu anda bir daha xatırlatmaq istəyirik ki, fosfin siqnalları Veneranın səthindən yox, qeyd edildiyi kimi 50 km yüksəklikdən müşahidə olunur.

Bu nəticə böyük ehtimalla yaxın gələcəkdə Venera ilə bağlı daha çox tədqiqatların aparılmasına yol açacaq. 

Venera haqqında nələri bilirik?

Venera digər planetlərdən fərqli olaraq əks istiqamətdə dönür. İddiaya görə təkamül boyunca hansısa nəhəng planet ölçülü cismin toqquşması nəticəsində Venera digər planetlərə nisbətən hərəkət istiqamətini dəyişmişdir. Daha da maraqlısı, Venerada bir gün bir ildən daha uzun çəkir! Necə? Veneranın öz ətrafında dönməsi 243 gün çəkir, Günəş ətrafında isə cəmi 225 gün ərzində tam orbiti başa vura bilir. Beləliklə, bir gün bir ildən daha uzun olur.

Venera planetində bu qədər çox yaşam əlaməti olmasına, dünyaya bənzəməsinə və ən əsası, dünyaya ən yaxın planet olmasına baxmayaraq, NASA son 30 ildə Veneraya heç bir kosmik gəmi göndərməyib.

Ümid edirik ki, yaxın gələcəkdə NASAnın Veneradakı missiyalarından xoş xəbərləri saytımızda və Youtube kanalımızda həmişəki kimi ilk biz sizinlə paylaşarıq.

Yazar: Nitrogen

Mənbə:

  1. Altwegg, Kathrin, Hans Balsiger, Akiva Bar-Nun, Jean-Jacques Berthelier, Andre Bieler, Peter Bochsler, Christelle Briois, et al. 2016. “Prebiotic Chemicals—Amino Acid and Phosphorus—in the Coma of Comet 67P/Churyumov-Gerasimenko.” Science Advances 2 (5): e1600285. https://doi.org/10.1126/sciadv.1600285.
  2. Greaves, Jane S., Anita M. S. Richards, William Bains, Paul B. Rimmer, Hideo Sagawa, David L. Clements, Sara Seager, et al. 2020. “Phosphine Gas in the Cloud Decks of Venus.” Nature Astronomy, September. https://doi.org/10.1038/s41550-020-1174-4.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: