Spirtli içki qəbulu zamanı nə baş verir?

Etanol C2H5OH formulasına sahib, bizi sərxoş edən maddədir. Alkoqol olaraq adlandırdığımız bu maddə spirtli içkilərin ən aktiv komponentidir. Onun bizə necə təsir etdiyini bilməyimiz üçün alkoqolun bədənimizdə getdiyi yolu öyrənmək lazımdır.

Alkoqol qəbul edildiyi andan etibarən tez müddətdə qana sorulur və bədənimizin bütün hissələrinə yayılır. Alkoqolun qana sorulma yolunu 2 hissəyə bölə bilərik:

Alkoqolun qana sorulma yolları 1
  1. ağız vasitəsilə sorulma: qəbul edilmiş alkoqolun kiçik bir hissəsi ağzımızdakı və dilimizdəki kiçik damarlar vasitəsilə qana sorulur.
  2. mədə və bağırsaqdakı sorulma: 20%-yə qədər alkoqol mədədən qana keçə bilir. Əgər mədə boşdursa, alkoqol birbaşa bağırsaqlara keçir. Əgər mədədə yemək varsa, alkoqol mədədə daha uzun müddət qalır və beləliklə, mədədən qana daha çox alkoqol keçmiş olur. Qalan 75%-85%lik alkoqol isə nazik bağırsaq vasitəsilə qana keçir.

Bəs alkoqol qanımıza keçdikdən sonra nə baş verir?

Daxili orqanlar 2
  1. qan-damar sistemimizdə: alkoqol tez bir müddətdə bütün bədən üzvlərimizə çatır və qaraciyər onu parçalayanadək qan dövranında iştirak edir.
  2. qaraciyərimizdə: qaraciyər alkoqolun 80-90%-ini dehidrogenaz və aldehid dehidrogenaz vasitəsilə su, karbon dioksid və enerji üçün vacib olan komponentlərə parçalayır.
  3. böyrəklərimizdə: böyrəklərimiz qanı süzərək, bədənimizdəki maye miqdarını balanslaşdırıb, artıq qalan mayeni sidik vasitəsilə atmamıza kömək edir. Alkoqol böyrəklərimizi daha çox işlədərək daha çox sidik ifrazına səbəb olur. 10%-a qədər alkoqol sidik vasitəsilə bədənimizdən xaric olunur.
  4. beyin və sinir sistemimizdə: alkoqol beyinə çox qısa müddətdə çatır və onun effektləri qəbul olunduqdan 5-10 dəqiqə sonra hiss edilə bilir. Bu effektlərə əhval dəyişikliyi, düşüncə və hərəkətdə çətinlik və yaddaş itməsini misal göstərmək olar.
  5. ağciyərimizdə: alkoqol bəzən buxarlaşaraq qanımızdan ağciyərlərimizə keçir. 8%-dək alkoqol nəfəs alıb-vermə zamanı çölə xaric oluna bilir. 
  6. dərimizdə: az miqdarda alkoqol qan damarlarımızdan dərimizin altına keçə bilir.
  7. doğulmamış uşaqlarda: alkoqol plasenta vasitəsilə anadan bətndəki uşağa gedib-gələ bilir. Uşaq qanda eyni səviyədə alkoqolu təcrübə edir, lakin anadakı kimi onu parçalaya bilmir.

Alkoqol qəbul edildikdən 5-10 dəqiqə sonra öz təsirini göstərməyə başlayır, lakin o qandakı pik həddə 30-90 dəqiqə sonra çatır.

Alkoqol qaraciyərin onu parçalaya biləcək potensialından daha çox qəbul edildiyi zaman qandakı alkoqol konsentrasiyası artır və sərxoşluq hissi baş verir. Bunu da qeyd etmək lazımdır ki, qandakı alkoqol konsentrasiyası sərxoşluqla birbaşa əlaqəli deyil, eyni miqdar alkoqol qəbulundan sonra müxtəlif insanlarda fərqli simptomlar müşahidə oluna bilər. İnsanların alkoqola reaksiyası aşağıdakı amillərdən asılıdır:

Böyük Getsbi filmindən təsvir 3
  • qaraciyərin alkoqolu parçalama gücü;
  • mədədəki doluluq miqdarı (yemək alkoqolu mədədə gözlədərək, onun birbaşa bağırsağa keçməsinin qarşısını alır və qan dövranına keçməyini yavaşladır);
  • spirtli içkidəki alkoqol miqdarı (yüksək alkoqollu içkilər qan tərəfindən daha tez absorbsiya olunur);
  • alkoqolun hansı tezliklə qəbul olunması;
  • bədən quruluşu (kök və daha əzəli insanlarda alkoqolu absorbsiya etmək üçün daha çox yağ və əzələ vardır);
  • yaş, cinsiyyət və milliyət (misalçün, eyni miqdarda alkoqol miqdarı qəbulundan sonra qadının qanındakı alkoqol konsentrasiyası, kişiylə müqayisədə daha çox olur. Bunun səbəbi kişidəki maye miqdarının çoxluğudur. Həmçinin, bəzi etnik qruplarda alkoqolu parçalayan fermentlərin miqdarı müxtəlif olur);
  • insanın hansı sıxlıqla alkoqol qəbul etməsi (müntəzəm alkoqollu içki qəbul edən biri nadirən qəbul edən birinə nisbətdə alkoqolun təsirini daha gec və daha az hiss edir);

Qandakı alkoqol konsentrasiyasına görə aşağıdakı simptomlar müşahidə oluna bilər:

Standart içkilər 4
  1. əgər konsentrasiya 50 mg/dL-dən aşağıdırsa, rahatlama, danışqanlıq və düşüncə qabiliyyətində çətinlik müşahidə oluna bilər.
  2. əgər konsentrasiya 50-150 mg/dL arasındadırsa, dəyişən əhval-ruhiyyə, konsentrasiya və mühakimədə çətinlik müşahidə oluna bilər.
  3. əgər konsentrasiya 150-250 mg/dL arasındadırsa, danışıqda problem, yeriməkdə çətinlik, ürək bulanması, ürək döyüntülərinin artması və yuxululuq müşahidə oluna bilər.
  4. əgər konsentrasiya 300 mg/dL səviyyəsindədirsə, yaddaş itkisi, nəfəs almaqda çətinlik və qusma müşahidə oluna bilər.
  5. əgər konsentrasiya 400 mg/dL-dən yüksəkdirsə, koma və ölüm müşahidə oluna bilər.

Yazar : Ksenon

Mənbə:

  1. https://www.alcohol.org.nz/alcohol-its-effects/about-alcohol/what-happens-when-you-drink-alcohol
  2. https://www.alcohol.org.nz/alcohol-its-effects/about-alcohol/blood-alcohol-levels

İstifadə olunan fotoların mənbələri:

  1. https://www.alcohol.org.nz/sites/default/files/field/file_attachment/AL1082%20What%20happens%20when%20I%20drink%20alcohol%20Fact%20Sheet.pdf
  2. https://www.slideserve.com/tobias/anatom-ya-v-f-z-olog-yan-in-nk-afi
  3. The Great Gatsby (2013), rej. Baz Luhrmann
  4. https://www.zogby.com/blood-alcohol-calculator-bac-calculator/ 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: