Son zamanlar qlobal istilənmənin təhlükələri ilə bağlı danışılanlar insanlar tərəfindən bir o qədər də eşidilmir, təəssüf ki. Bu dəfə elm adamları sizə dəyişilən rəqəmləri göstərib ehtiyatlı olmağa çağırmır. Bu dəfə onların üzlərindəki ifadə sizə qlobal istilənmənin yaratdığı və yarada biləcəyi təhlükələri anlamağa yardım edir.
Qorxusu: Qlobal mədəniyyətin pozulacaq olması. Flannery qlobal istilənmənin düşündüyümüzdən daha sürətlə irəlilədiyini və əgər nəyisə dəyişmək istəyiriksə, bunun bizim son şansımız olduğunu bildirir.
Qorxusu: Havanın temperaturunda 4 dərəcəlik bir dəyişimin olması ehtimalı. 80 il kimi heç də uzun olmayan bir zaman müddətinin sonunda temperaturda 4 dərəcəlik artım gözlənilir. Murray, əgər bu gerçəkləşərsə baş verə biləcək hadisələri düşünmək belə istəmədiyini bildirir.
Qorxusu: qütblərdə fəlakət adlandıra biləcəyimiz hadisələrin baş verəcək olması.
Qorxusu: iqlim dəyişikliyinin səbəb ola biləcəyi qlobal müharibələr. England iddia edir ki, qida mənbələri azalacaq və mənbənin bol olduğu yerlərə kütləvi köç başlayacaq. Bu isə qlobal müharibənin başlaması deməkdir.
Qorxusu: Növlərin nəslinin kəsilməsi.
Qorxusu: Qlobal iqlim dəyişməsinin təxmin edə bilməyəcimiz dəyişikliklərə də səbəb olması. Dəniz səviyyəsinin yüksəlməsi, qida ehtiyatlarının azalması gözlənilən nəticələrdir. Amma okeandakı planktonlara çatana qədər baş verə biləcək dəyişiklikləri təxmin etmək o qədər də asan deyil.
Qorxusu: Qlobal fəlakət. Macreadie qlobal fəlakətdən heç kimin qaça bilməyəcəyini, güvənə biləcəyimiz heç bir yerin qalmayacağını bildirir. Ən böyük qorxusu da budur.
Qorxusu: İqlim üzərindəki nəzarətin tamamilə itirələcək olması. Steffenin dediklərinə əsasən, hal-hazırda zərərli qazların atmosferə daxil olmasını azalda bilsək, iqlimi sabit hala gətirə bilərik. Amma indi önləmimizi almasaq, gələcəkdə zərərli qazların atmosferə daxil olmasının qarşısını alsaq belə, iş işdən keçmiş olacaq və iqlimi sabit hala gətirmək üçün heç nə edə bilməyəcəyik.
Mənbə: https://www.huffpost.com/entry/nick-bowers_n_5701202
Tərcümə: Curium
Edit: Nitrogen