Yaxın gələcəkdə çipləşdirmə mümkündürmü?

Son vaxtlarda el arasında koronavirus epidemiyasına bağlı fərqli konspirasiya teoriyaları yayılıb. Bunlardan biri Bill Gatesə məxsus firma tərəfindən yaradılmış xüsusi bədən çipinin mövcud olmasını müzakirə edir. Bəzilər söyləyir ki, inkubasiya olunmuş pasientlər, əslində, endotraxeal inkubasiya ilə  yox, boğazında quraşdırılan bir çip ilə intubasiya olunur.

Bəzilər isə düşünür ki, Bill Gates tərəfindən yaradılmış çip koronavirusa qarşı yaradılan vaksinin tərkibinə əlavə olunacaq və bu üsulla dünya əhalisinin vaksinasiyası eyni zamanda hər kəsin çipləşdirilməsinə yol açacaq1. Nəticədə, böyük korporasiyalar insanların həyatını izləyə biləcək.

Bunlar doğru ola bilərmi?

Konspirasiya teoriyalarını yayan şəxslər çox zaman Microsoft firmasının “666” nömrəli patentinə istinad edirlər.

Microsoft Technology Licensing tərəfindən qeydə alınan “2020060606” nömrəli patent, doğrudan da, çipləşdirmə ideyasını təsvir edir2. Və, bəli, bizim üçün belə bir patent narahat edici görünə bilər. Ətraflı desək, Microsoft şirkətin ideyası odur ki, hər hansı bir şəxsin bədəninə xüsusi sensor quraşdırılsın və həmin sensor bədənin parametrlərini ölçsün. Həmin şəxsin hər bir hərəkəti qeydə alınaraq mərkəzi kompüterə göndəriləcək. İmplant olunmuş insan lazım olan hərəkətləri yerinə yetirdikdə virtual üsulla, kriptovalyuta şəklində hədiyyə (maaş) alacaq. Beləliklə, hər kəsin nə qədər maaş alması çiplər tərəfindən tənzimlənəcək. Qorxuludur, elədir? Bizim zamanımızda yaşayan insanlar üçün belə ideya çox qəribə və qorxuducu ola bilər. Digər tərəfdən, 100 il öncə mobil telefon görən bir insan şoka düşməzdimi? (Bizim mobil telefonlarımız artıq məlumat yığmaq və ötürmək üçün çip kimi işləyə bilən bir cihazdır).

Məsələ ondadır ki, yuxarıda göstərilən patentdə nə çipin mexaniki quruluşu, nə də çipləşdirmə üsulu təsvir edilmir. Yəni, “666” patenti yalnız ideyadan ibarətdir.

Əlavə edək ki, çiplər və beyin-kompyuter rabitəsi üçün cihazların inkişafı yalnız 1990-cu illərdə başlanıb. Toronto, Lozan və başqa universitetlərin alimləri, Conatan Dostrovski, Andreas Lozano və Alim Benabib, köhnə filmlərdə təsvir edilən beynin elektroşokla stimulyasiya ideyasını yenidən kəşf ediblər. Onlar, beynin daxilində baş verən elektrik hadisələrini ölçmək üçün, həmçinin, beynin sağlamlığını bərpa etmək üçün onu elektrik cərəyanı ilə stimulyasiya üsullarını yaradıblar. Bu sistem “dərin beyin stimulyasiyası” (DBS) adlanır. DBS istifadə etmək üçün pasiyent yatızdırılır, pasiyentin başı xüsusi dəmir vidaların köməyi ilə hərəkətsiz hala gətirilir, daha sonra MRT şəkilləri çəkilir və kompüter vasitəsi ilə beynin hər hansı bir hissəsinə zərərsiz müdaxilə etmək üçün optimal trayektoriya seçilir. Sonra həmin trayektoriyaya uyğun olaraq beyin daxilinə həm elektrik siqnallarını ölçən, həm də elektrik cərəyanı yaradan iynəyəbənzər elektrod daxil edilir. Pasiyentin dərisi tikilir və pasiyent oyandıqdan sonra həmin elektrodun stimulyasiyası xəstəlik əlamətlərini aradan qaldırır.

Hal hazırda, beyin stimulyasiyası vasitəsi ilə Parkinson xəstəliyi, depressiya, Turret sindromu kimi  və digər  xəstəliklər müalicə oluna bilər. Qeyd edək ki, stereotaktik neyrocərrahiyə qurğusu hətta Azərbaycanda istifadə olunub3.

Lakin gördüyünüz “çiplər” heç bir üsulla vaksin dolu iynəyə yerləşə bilməz4. Üstəlik, Microsoft şirkətinin planlarını həyata keçirmək üçün beyin-kompyuter rabitəsi sahəsində biliklərimiz qat-qat yüksək olmalıdır. Hal-hazırda, bizim beyin funksiyaları barəsində biliklərimiz Azıx insanın yerdən çıxan alov barədə biliklərinə oxşardır. Buna görə də, koronavirus epidemiyası ilə bağlı çipləşdirmə teoriyaları konspirasiya olaraq qalır.

Yazar: Francium

  1. https://www.boomlive.in/world/no-covid-19-testing-is-not-done-to-implant-gates-funded-microchips-8483
  2. https://patentscope.wipo.int/search/en/detail.jsf?docId=WO2020060606
  3. https://azertag.az/xeber/1175114
  4. https://my.clevelandclinic.org/health/treatments/4080-deep-brain-stimulation-for-parkinsons-disease-patients
  5. https://www.integralife.com/file/general/1453799331.pdf

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: