Fermi Paradoksu

Kainatımızda bizdən başqa yaşayan canlılar var?

Kainatın böyüklüyünü daha yaxşı başa düşməy üçün onu deyim ki, yaşadığımız kainat nə az, nə çox 90 milyard işıq ili diametrindədi. Daha da vahiməlisi, bu kainat ən azı 100 milyard qalaktikadan  və hər qalatika da 100 ilə trilyon arasında ulduzdan ibarətdir.

Yaxşı- yaxşı bu qədər uzağa getməyəy, hələki qayıdağ elə dünyamıza…

Biz artıq bilirik ki, yaşadığımız dünya katinatdakı yeganə planet deyil və dünyayla yanaşı başqa planetlər də mövcuddur. Bununla yanaşı, dünya həm də statistik olaraq böyük ehtimalla yaşam mövcud olan yeganə planet deyil. Bəs niyə biz texnologiyanın bu qədər inkişafına və kosmik gəmilərin sayının artımına baxmayaraq, hələ də yaşam olan heç bir planet kəşf edə bilməmişik?

Həqiqət isə budur ki, əgər bizim qalaktikamızın kənarında yaşayan yadplanetlilər varsa belə bizim onları kəşf eləməyimiz imkansızdır. Çünki loru dillə desək, bizim öz qalaktikamızın belə limitlərini kəşf edəcək heç bir texnologiyamız yoxdur, nəinki digər qalaktikalar. Üstəlik də Hubble teoriyasına görə, qalaktikanın daima genişləndiyini düşünsək, bəlkə də genişlənən qalaktikamızın sərhədlərini heç vaxt çıxmağa nail ola bilməyəcəyik.

Ən yaxşı ehtimalla fərz eləsək ki, bizim çox sürətli kosmik gəmilərimiz var- qalaktikamızdan çıxa bilməy hələ də bizim ən az milyardlarla ilimizi alardı.

Bu arada sizi qalaktikamızla tanış etməyin artıq vaxtıdır- məktəbdəki kitablardan da adını xatırladığın Süd Yolu bizim evimizdi!

Süd yolu təkbaşına 400 milyard ulduzdan ibarətdir. Ulduzların sayını müqayisə ilə deyə bilərəm ki, dünyadakı hər qum dənəsinə təxminən 10 min ulduz düşür. Bizim tanıdığımız ən məşhur ulduz Günəş olsa da, qalaktikamızda günəş kimi ən az 20 milyard ulduz var. Daha da maraqlısı, bu ulduzların ən az 20 faizinin ətrafında dünya ölçüsündə içində yaşam ola biləcək planetlər var.

AAAA bir saniyəəə, hələ ən maraqlı hissə qabağdadı…

Süd yolu təxminən 13 milyard yaşındadı. Başlanğıca qalaktika yaşam üçün ideal yer deyildi, çünki big bang çoxlu partlayışa səbəb olmuşdu. Dünyanın formalaşması isə, nə az nə çox 9 milyard il almışdı. Bu arada yaşadığımız dünyanın 4 milyard yaşı münasibətilə hamınızı təbrik edirəm!

Amma nəzərə alsaq ki, süd yolundakı kainatlarda yaşamın olması üçün imkan ilk bir neçə milyard ildə artıq formalaşmışdı, bu, digər formalarda da milyonlarla yaşamın olmasını istisna etmir, elə deyil mi? Əgər belə planetlər doğulsaydı, yadplanetlilər bu qədər zaman içində yəqin ki kosmik səyahətlər edəbiləcək supertexnologiyalar yarada bilərdi. Bəs yadplanetlilərdən ibarət ultra-inkişaf etmiş cəmiyyət necə olardı?

Bu sualın 3 alternativ cavabı var:

İlkin versiya odur ki, yadplanetlilərdən ibarət cəmiyyət kainatdakı bütün enerjiləri istifadə edir və buna görə də biz mümkün enerjinin 1 faizindən daha azını istifadə edə bilirik. Daha da maraqlısı, bizim ilk 1 faizə çatmağımız üçün hələ ən azı bir neçə yüz il lazımdır.

İkinci versiya isə odur ki, yadplanetlilərdən ibarət cəmiyyət öz planetlərindəki bütün enerji resurslarını məhv etmiş ola bilərlər. Bu, sizə tamamilə sci-fi kimi gələ bilər, amma praktikdə tamamilə mümkün ssenaridir.

Üçünvü alternativ isə odur ki, yadplanetlilər bütün qalaktikanı və enerjini idarə edir. Bu qədər qabaqcıl yadplanetli cəmiyyəti bizim üçün sadəcə Allah səviyyəsində güclü olduqları mənasına gəlir.

İndi deyə bilərsiniz ki, yadplanetliləri tapmaq üçün hər yerdə kosmik stansiya qurub daha uzaqlara gedə bilərik. Gəlin fərz edək ki, biz ortalama ömrü 1000 il olan kosmik gəmilər qura bilərik. Bu optimistik fərziyyə ilə belə bütün qalaktikada yerləşməyimiz ən az 2 milyon ilimizi alardı.  2 milyon heç də az deyil, he? Amma bu müddətdə kəşf edəcəyimiz planetlərin çoxunda bizim kimi yaşam olma ehtimalı var. Eyni zamanda da o planetlərdəki yaşayan yadplanetlilərin bizi kəşf eləməsi üçün daha çox vaxtı var idi, bəs onda bu yadplanetlilər hardadı?

Tam bu sual Fermi Paradoksu olaraq bilinir və bugün sizə bunun cavabını verəcəyik. Yox! Yox! Bu paradoksa hələ də heç kimin cavabı yoxdu əslində. Amma heç bir cavabın olmaması heç bir təxminimizin olmayacağı mənasına da gəlmir

İlkin ehtimal : Bəlkə də qalaktikamızda bizi əhatə edən filterlər yaşamın yayılmasının qarşısını alır.

İlkin ehtimal odur ki, əsrarəngiz filterlər mövcuddur və biz artıq o filterlərdən uğurla keçmişik. Yaşamın başlamasına nəyin səbəbini hələ də kəşf edə bilmədiyimizə görə, bəlkə də yaşamın başlanğıcı üçün yetərli komponentləri təmin eləmək bizim düşündüyümüzdən də daha qəliz idi.  Bəlkə də yaxın gələcəyə qədər kainat düşündüyümüzdən daha da çox təhlükəli, yırtıcı və yaşama əlverişsiz idi və biz hər şeyin daha mülayim dövrünə tuş gəlmişik. Bu o deməkdir ki, biz bütün kainatdakı ilk və ya ilk cəmiyyətlərdən biri ola bilərik.

İkinci ehtimal: Kainatda çox əsrarəngiz filterlər var və yadplanetlilər bizdən fərqli olaraq bu filterləri keçiblər. Bu isə, çox daha kədərli ehtimal olardı. Çünki bəlkə də kainatda bizim olduğumuz səviyyədə fərqli qalaktikalarda və planetlərdə yaşam həqiqətən də var, amma bu filteri keçən planetlər müəyyən nöqtədə  parçalanaraq məhv olur. Bəlkə bu filteri keçən hər ali-irqdə çox füsunkarcasına inkişaf etmiş texnologiyalar mövcuddur və bu texnologiyalar aktivləşdiyi zaman bütün planetdəki yaşamın məhvinə səbəb olur. Bəlkə də hər bir bu filteri keçən ali irq ‘bu texnologiyanı işlədəndən sonra artıq bütün problemlərimizi həll edəcəyik ’ olur. Əgər bu doğrudursa, icad etdiyimiz bütün texnologiya ilə biz yaşamın sonuna başlanğıcından daha yaxınıq.

Bəlkə bizi fərqli nöqtələrdən izləyən 3-cü alternativdəki kimi daha inkişaf etmiş yadplanetlilər var. Ya da kainatın daha uc nöqtələrində bizim kəşf etməyimizin heç də lazım olmadığı bizi gözləyən şeylər var.

Bəlkə də bunların heç biri yoxdu və biz nəhəng kainatda təkik. Və bizdən başqa heç biri yoxdu. Ən azından bu günün texnologiyası ilə bizdən başqa heç bir canlını kainatda kəşf etməmişik. Əyər reallıq belədirsə, bəlkə də biz yetərli texnologiyanı inkişaf etdirərək bizdən sonrakı canlılar üçün münbit mühit yaratmalıyıq. Və bəlkə də biz gələcəkdə 3-cü alternativdəki varlıqlar kimi olub bizdən sonrakı canlıların inkişafını uzaq nöqtələrdən izləyərik

Kainat kəşf eləməyimiz üçün çox geniş və möhtəşəmdir.

Yazar: Nitrogen

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: