Şəxsiyyət və müdafiə mexanizmləri

Şəxsiyyət bizim düşüncələrimizi, hisslərimizi, rəftarımızı və hərəkətlərimizi xarakterizə edir. Hansı ki , bu sadaladıqlarımız zaman və məkandan asılı olaraq dəyişir. Müqayisə etsək, kimlik (identity) kim olduğumuzu, şəxsiyyət (personality) isə ətrafımızdakı dünyaya necə rəftar etdiyimiz, reaksiya verdiyimizi müəyyən edir.
Şəxsiyyətin çoxlu müxtəlif növləri var və bu növlər haqda da fərqli teoriyalar mövcuddur. Biz isə bu teoriyalardan biri olan psixoanalitik perspektivə nəzər yetirək.

Psixoanalitik perspektiv

Bu perspektivin fundamentində şüuraltı mühim rola sahibdir. Psixoanalitik perspektivin ən tanınmış dəstəkçisi avstriyalı nevroloq və psixoanaliz elminin banisi Sigmund Freuddur. Freudun bu teoriyaya verdiyi töhfə onun struktur modelindən ibarətdir.
Freud həmçinin bizim hərəkətlərimizin instinktlərimizdən təsirləndiyini iddia edir. Freuda görə, instinktlər bioloji ehtiyaclarımızın doğulduqdan bəri mövcud olan psixoloji təmsilçiləridir.
Freudun modelinin əsasında isə 3 əsas prinsip durur- Id (alt-mən), Ego, Superego (üst-mən).
İd ilkin, heyvani instinktlərdən ibarətdir ki, bunlar yaşamağa, həyatda qalmağa və çoxalmağa xidmət edir. Yəni, deyə bilərik ki, İd-in əsasında məmnuniyyət, həzz alma prinsipi durur. Şüursuz şəkildə “indi və gecikmədən həzz almağı” tələb edir.

İd-in tələbləri və istəkləri ilkin ehtiyaclara olsa da, superego məfhumunun hədəfləndiyi nöqtə isə ideal-mən-dir. Superego şəxsin mükəmməlliyyətçiliyini, öz hərəkətlərini mühakimə etməsini, uğur qazandıqda özünü mükafatlandırmasını, uğursuz olduqda isə cəzalandırmasını hədəf qoyur.

Ego isə id ilə superego arasında tarazlığı saxlamağa xidmət edir. İd məhz “indi məmunluq hissi yaşamaq” hissini tələb etsə də, ego bu məmnunluq istəyini super ego vasitəsilə təxirə salır. Ego gücünü id-dən alır və heç vaxt müstəqil qərar verə bilmir.

Psixoanalizin banisi Sigmund Freud

Gəlin, bunu gündəlik həyatımızdan bir misalla daha da aydın izah edək. Fərz edək ki, işdən yorğun halda çıxmısınız və tıxacda dayanmısınız. İlk öncə davamlı siqnala basmaq, qışqırmaq, tıxacdan, problemdən məsuliyyət daşıyan və daşımayan hər kəsə əsəbləşmək istəyirsiniz. Bunu istəyən əslində alt-mən, yəni İd-dir. Lakin, siz daha sonra cəmiyyət içində olduğunuzu, cəmiyyətin norma və qaydalarına əməl etməli olduğunuzu, edəcəyiniz hərəkətin kiməsə ziyan vermə və daha böyük problemlərə yol açma ehtimalını düşünüb- təmkinli qalmağa çalışırsınız. Bunu təmin edən isə üst-mən, yəni superegodur. Tarazlığın yaranması isə ego-dan asılıdır.

İd ilə superego arasında tarazlığı tutmağa xidmət edən digər məfhum isə müdafiə mexanizmləridir.

Müdafiə mexanizmləri 1930-cu il Freud tərəfindən irəli sürülüb və daha sonra qızı Anna Freud tərəfindən isə təkmilləşdirilib.
Müdafiə mexanizmləri özümüzü mənfi, günahkar hissetdirən düşüncə və hisslərdən qorumaq və rahat hiss etməyimiz üçün şüursuz şəkildə istifadə etdiyimiz psixoloji strategiyalardır.
Bütün müdafiə mexanizmləri 2 ümumi xarakteristikaya sahibdir. Bu mexanizmdə ilk olaraq hadisəni inkar edirlər, daha sonra isə şüuraltı səviyyəsində buna reaksiya verirlər.


Bu müdafiə mexanizmlərindən bəzilərinə nəzər yetirək.
İlk öncə qeyd edək ki, müdafiə mexanizmləri şüuraltı olaraq baş verir, yəni heç biri şüurlu və qəsdən edilən hərəkətlər deyil. (Suppression xaric)
Repression (basdırma)- şəxsdən asılı olmadan istənilməyən, ağrılı düşüncə və hisslərin beyindən (yaddaşdan) silinməsi, şüuraltı səviyyədə basdırılması.
Lakin şüuraltı səviyyədə basdırılma -unutmaq demək deyil və bu o mənaya gəlir ki, şəxs özü bilmədən basdırmış olduğu hissləri gələcəkdə yaşaya bilər. Əsasən, bu hisslər sonradan fobiya şəklində üzə çıxırlar. (münasibətə girə bilməmə, güvən problemi, maşın sürməkdən, çox insan olan yerdə olmaqdan qorxmaq və s.)

Suppression (supressiya)– şəxsin yaddaşından öz iradəsi ilə, şüurlu şəkildə xatirə, düşüncə və hisslərin silinməsi.
Məsələn, ölümcül dərəcədə olan xərçəng xəstəsinin narahatçılığını, xəstəliyini unudaraq (kənara qoyaraq) ailəsiylə xoş vaxt keçirməsi və s.

Regression (reqressiya)– şəxsin psixoloji olaraq və davranışında öz inkişafının əvvəlki mərhələlərinə qayıtması.
Məsələn, yetkin bir şəxsin sevdiyi biri ilə konfliktdə olduğu zaman uşaq kimi danışmağa başlaması, stresslə üzləşdikdə barmaq yeməsi bura aiddir.

Reaction İnformation (reaksiya formalaşdırma)– şəxs daxilən sahib olduğu hiss və düşüncəni basdıraraq tam əks şəkildə reaksiya verir.
Məsələn, iki iş yoldaşının yaxın aralıqlarla bir-biri ilə münaqişəyə girmə və ya bir-birlərindən nifrət etmə səbəbi bəzən daxildə yatan cazibə hissi olur.

Projection (proyeksiya)– özündə qəbulolunmaz gördüyü hiss və düşüncələri şüuraltı səviyyədə sıxışdırıb digər insana əks etdirmək.
Məsələn, sevgilisini aldadan bir şəxsin sevgilisində onu aldatma potensialı görməsi və hətta onu bununla ittiham etməsi.

Rationalization (rasiyonallaşdırma)– bəhanə tapmaq, beyni öz yalanına inandırmaq, daha doğrusu bəhanəni məntiqi əsaslarla gətirmək.
Məsələn, bir şəxs digərinə zərər verdiyi halda özünə “o buna laiq idi”- deyərək bəraət qazandırması buna misaldır.

Displacement (yerdəyişmə)– obyektin, hədəfin dəyişməsi.
İşdə müdirinə əsəbləşən, lakin ona heç nə deyə bilməyən şəxsin hirsini evdə həyat yoldaşı və uşağına yönəltməsi, qışqırması və ya cəzalandırılaraq otağına göndərilən uşağın yastığı yumruqlaması bura aiddir.

Displacement (Yerdəyişmə)

İntellectualization (intellektuallaşdırma)– özünü rahatlatmaq və problemi daha qəbul olunan hala salmaq üçün elmi səbəblərə baş vurmaq.
Misalla daha aydın izah edək, qarşınızdakı şəxsə (sən tənbəlsən) irad bildirdikdə bunun səhv olduğunu qəbul etməməsi və söhbətdən kənara çıxaraq bunu elmi tərəfdən izah etməyə çalışması:
-“tənbələm, bilirəm, amma filan məqalədə tənbəlliyin bu faydası haqda oxumuşdum”.

Sublimation (Sublimasiya)– arzuolunmaz düşüncə və hisslərin cəmiyyətin qəbul edəcəyi formaya çevrilməsi.
Freuda görə bu, əsasən, basdırılmış cinsi istəklər olur. Freud burada həmin istəklərin sublimə edilərək iş həyatında, yaradıcılıqda uğura aparmasından bəhs edir. Təbii ki, bu sadəcə cinsi istəklərə aid edilməyib.- Əsəbi bir şəxsin idman edərək aqressiyasını faydalı hala çevirməsi də həmçinin bura aiddir.

Yazar: Natrium

Mənbələr:
MCAT Behavioral Sciences Review (second edition)
https://www.simplypsychology.org/defense-mechanisms.html
https://www.youtube.com/watch?v=WfeLzjqXemw&t=185s
https://www.verywellmind.com/repression-as-a-defense-mechanism-4586642
https://www.healthline.com/health/mental-health/defense-mechanisms#:~:text=Defense%20mechanisms%20are%20behaviors%20people,events%2C%20actions%2C%20or%20thoughts.&text=The%20idea%20of%20defense%20mechanisms,%2C%20ego%2C%20and%20super%20ego.

Təsvirlər:

https://www.google.com/search?q=displacement+defense+mechanism&sxsrf=ALeKk01T8ioj9kupEC2zAHTKTnVkGPexcQ:1597162025709&source=lnms&tbm=isch&sa=X&ved=2ahUKEwi2ocOZxJPrAhUytHEKHXJrAG4Q_AUoAXoECBIQAw&biw=1362&bih=571#imgrc=Fj6svkJNwj878M

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: