Şahmat oynayaraq arıqlamaq mümkündürmü?


1984-cü il şahmat üzrə dünya kubokunun finalında Kasparov və Karpov üz üzə gəlir. Bu ikili arasındakı oyunlarda 6 qələbəyə çatmış şəxs çempion elan ediləcəkdi. 5 ay çəkən 48 oyundan sonra Karpov və Kasparov yorğunluqdan şikayət edirlər və kubokun təxirə salınmasını istəyirlər. Bu 5 ay ərzində Karpovun üz rənginin dəyişdiyi görülür və sonra Karpov oyunlar boyunca çəkisində 10 kiloqrama yaxın azalma olduğunu qeyd edir.

Yeddinci Möhür filmində şahmat səhnəsi , rej Bergman.

Eyni şəkildə Vladimir Kramnik də 2000-ci ildə Kasparova qarşı keçirdiyi oyun sonrası oyun zamanı 10 kiloqram arıqladığını qeyd edir. Bəshəqiqətən şahmat oynayaraq/düşünərək arıqlamaq mümkündürmü?
Hər nə qədər beyin insan bədəninin 2-2.5 %-ini təşkil etsə də 20-25%-ə qədər enerji işlədə bilir. Maşının hərəkəti üçün yanacaq necə vacibdirsə, beyinin də yüksək performansla işləməsi üçün qlükozaya ehtiyacı var. Buna görə beyin çox işlədiyi zaman qısa müddətdə qandaki şəkəri, yəni qlükozanı istifadə edib bitirir. Sonrası üçünsə yeni enerji ehtiyatına ehtiyacı olur və bu, bədənimizdə depoladığımız yağlar olur. Beləliklə, beyin depoladığımız yağları işlədərək çox sayıda kalori yandırır.
Buna görə də ortalama bir şahmat oyununda yandırılan kalorilər qaçan atletdən çox ola bilər.

Beyin və istifa
də etdiyi enerji.

Bəs onda biz çox sayıda hamburger, pizza yeyib sadəcə düşünərək aldığımız kaloriləri yandıra bilərik? Təəssüf ki, xeyr. Beyin enerjini normaldan/rutindən fərqli bir iş gördüyümüz zaman daha çox yandırır. Yəni, evdə oturub keçmiş xatirələri düşünərək yüksək miqdarda kalori yandıra bilmərik. Bunu etmək üçün beynimizə yad olan şeyləri etməliyik, misalçün, yeni bir musiqi alətində ifa etmək, rəssamlıq kursuna getmək və s. Bunlar beyinə yad olduğu üçün beyin neyronlar arasında yeni sinapslar yaradır və nəticədə, yandırdığımız kalori miqdarı da çoxalır. Vaşinqton Universiteti professoru Markus Raiklın sözlərinə inansaq, vərdişin çətinliyi və yandırılan kalori düz mütənasibdir. Onun təxmininə görə 8 saat hansısa musiqi alətini öyrənməyə sərf etdiyimiz zaman 320 kalori yandırırıq. Müqayisə üçün, 70 kilo ağırlığındaki şəxs yarım saat basketbol oynayaraq 340 kalori yandırır. Ancaq bir müddət sonra beyin bu yeni vərdişlərimizi normal olaraq qəbul edir və yüksək kalori istifadəsi dayanır.

Şahmatın digərlərindən fərqi isə bundadır ki, ilk gedişlərdən sonra iki opponentin də 400 potensial gedişi olur, iki gedişdən sonra bu sayı 72.084-ə, üç gedişdən sonra 9.000.000-a, dörd gedişdən sonra isə 288.000.000.000-a çatır. Rəqəmlərin çoxluğundan da başa düşdüyümüz kimi, beyin hər dəfə yeni kombinasiyalar və yeni gedişlər düşündüyü üçün yüksək performansda işləyir və nəticədə çox sayıda depolanmış yağ yandırır.

Person of İnterest serialında şahmat. 4-cü sezon, 11-ci seriya.

Standford Universitetində neyroelm professoru olan və primatlarda stress üzərində işləyən Robert Sapolski iddia edir ki, bir şahmatçı gündəlik bir turnirdə 6000 kaloriyə qədər kalori yandıra bilər, hansı ki bu, normal bir insanın gün ərzində yandırdığı kaloridən 3 dəfə daha çoxdur. O, 10-günlük turnirdə oynayan bir qrossmeysterin, turnir sonunda sadəcə 5-6 oyun keçirərək 5 kilo itirə biləcəyini deyir. 2018-ci ilin oktyabr ayında keçirilən bir turnirdə 21 yaşlı rus qrossmeyster Mixail Antipovun 2 saat ərzində 560 kalori yandırdığı müşahidə olunur. Bu kalori miqdarı rus tenisçi Mariya Şarapovanın 1 saat tenis oynamağı və ya bir atletin 10.8 km/saat sürətlə 55 dəqiqə qaçmasına ekvivalentdir. Oyun zamanı yaranan stress səbəbilə artan ürək və tənəffüs sayları və yüksək qan təzyiqi də şahmatçıların kalori yandırmasında xüsusi rol oynayır.

Antipovun 561 kalori yandırdığı turnir və digər şahmatçıların yandırdıqları kalori miqdarı.


Son araşdırmalardan birinə nəzər salsaq, şahmatçının 1 saat şahmat oynayaraq 132 kalori yandıra biləcəyini görə bilərik. Time jurnalına müsahibə verən Dr. Raichle isə şahmat oynayaraq/düşünərək çəkidə azalmanın mümkün olduğunu, lakin bunun fiziki aktivliyin yerini ala bilməyəcəyini və effektiv varyant olmadığını qeyd edir.
Nəticədə, şahmat oynayaraq çəki azaltmağın mümkün olduğu qeyd edilsə də, bunun nə qədər effektiv olduğu haqda dəqiq bir məlumat əldə edə bilmirik.
Yazar : Ksenon

Mənbələr :

  1. https://www.chessinside.com/chessandweightloss/
  2. https://www.cnbc.com/2019/09/22/chess-grandmasters-lose-weight-burn-calories-during-
    games.html#:~:text=Chess%20grandmasters%20can%20lose%2010%20pounds%20and%20burn%20
    6%2C000%20calories%20just%20by%20sitting,-
    Published%20Sun%2C%20Sep&text=Over%20the%20course%20of%20an,neurology%20and%20
    neurosurgery%2C%20told%20ESPN.
  3. https://www.espn.com/espn/story/_/id/27593253/why-grandmasters-magnus-carlsen-fabiano-
    caruana-lose-weight-playing-chess
  4. https://time.com/5400025/does-thinking-burn-calories/
  5. https://www.cbc.ca/radio/thecurrent/the-current-for-september-18-2019-1.5287932/forget-
    the-treadmill-an-intense-game-of-chess-can-burn-hundreds-of-calories-research-suggests-
    1.5288030
  6. https://pubmed.ncbi.nlm.nih.gov/18987876/
  7. https://www.news24.com/News24/Kramnik-lost-10kg-playing-Kasparov-
    20001220#:~:text=Moscow%20-
    %20Chess%20grandmaster%20Vladimir%20Kramnik,an%20interview%20published%20on%20W
    ednesday.&text=%22I%20probably%20lost%208-
    10kg,during%20preparations%2C%22%20Kramnik%20said.
  1. https://en.wikipedia.org/wiki/World_Chess_Championship_1984
    İstifadə olunan fotoların mənbələr :
  2. https://www.filmloverss.com/yedinci-muhur-insanin-varolus-mucadelesi/
  3. https://en.wikipedia.org/wiki/World_Chess_Championship_1984
  4. https://unbelievable-facts.com/2017/09/facts-about-human-brain.html/brains-energy-
    consumption
  5. https://www.youtube.com/watch?v=KBpIoAYul80
  6. https://twitter.com/photochess/status/1054400902872875010/photo/1

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: