Muzeylər 102- Luvr Muzeyi

Qeyd: Muzeylər seriyamızın ilk məqaləsini oxumayanlar üçün link mətnin sonunda yenidən paylaşılmışdır.

Luvr muzeyi 72.735 m² ərazisi ilə dünyanın ən böyük incəsənət muzeyidir və bir çox məşhur rəsm əsəri, kolleksiyaya ev sahibliyi edir. Parisdə, Sena çayının sahilində yerləşən bu muzeydə 38.000-dən çox tarixi sənət əsəri yerləşir və 2019-cu ildə 9.6 milyon ziyarətçi bu əsərləri müşahidə etmək üçün Luvru ziyarət etmiş, bununla da muzey dünyanın ən çox ziyarət edilən muzeyi olmuşdur.

Luvr Muzeyi girişi

1190-cı ildə Parisi anglo-norman işğalına qarşı qorumaq üçün bir qala olaraq inşa edilən Luvr, əsrlər boyu çox sayda təmirdən keçmiş və bugünki vəziyətinə çatmışdır. 14-cü əsrdə Paris daha da böyük şəhər olmuş, bunun nəticəsində Luvr şəhərin içində qalmış və qala funksiyasını itirmişdir. Eyni əsrin sonlarında fransız memar Raymond du Temple Luvru qaladan kral iqamətgahına çevirmək üçün fəaliyyətə başladı. 1674-cü ildə Versal sarayına köçməyə qərar verən XIV Lüdoviqə qədər çox sayıda kral Luvr sarayında yaşamışdır. Lüdoviqin bu qərarından sonra Fransız Akademiyası, Rəsm və Heykəl akademiyası və Ədəbiyyat akademiyası 1792-ci ilə qədər Luvr sarayında yerləşmişdir.

Bakirənin ölümü- Karavacco

1791-ci ildə Fransa Məclisi Luvr və ona bitişik yerləşən Tüiliri sarayının incəsənət və elmə xidmət edən saray olmasına qərar verdi. 1793-cü ildə bu iki saray muzey olaraq faəliyyətə başlasa da, xalq muzeyi sadəcə həftə sonları ziyarət edə bilir, həftənin digər günləri isə sənətçilər orada öz işlərini görürdü. 1796-cı ildə muzey konsturiktiv problemlər səbəbilə bağlandı. 1801-ci ildə isə Napoleonun göstərişi ilə muzeyə yeni kolleksiyalar əlavə edilir. Muzey Napoleon adı altında fəaliyyətini bərpa edən saray 1812-ci ildə öz adına təkrar qayıdır.

Azadlıq Barrikadalarda- Delakrua

İkinci dünya müharibəsi zamanı muzeydəki kolleksiyaların əksəriyyəti başqa yerlərə köçürülürür, muzey bağlanır. 1940-cı ildə Parisin işğalından sonra muzey fəaliyyətini bərpa etsə də, əsərlərin çox hissəsi muzeyə geri gətirilmir. Müharibə bitdikdən sonra isə muzey bütün əsərləri ilə yenidən fəaliyyətə başlayır. 1983-cü ildə Fransa hökuməti Luvru tamamilə bərpa etmə planını xalqa açıqlayır. Bu açıqlamadan sonra amerikalı memar Bey Yuymin Luvru genişlədib, modernləşdirir. Yuyminin ən böyük əsəri isə 1989-cu ildə açılan şüşə piramiddir. Luvrun əsas giriş nöqtəsi olan bu piramid 20.6 metr yüksəkliyə və 35 metr genişliyə sahibdir.

Luvr Piramidasının tikintisi, 1987

Muzey 1793-cü ildə açıldıqdan sonra günümüzə qədər 38.000-dən çox əsər üçün ev sahibliyi etmişdir. Əsərlərdən bəziləri bunlardır :

  1. Florensiya və Romadakı Kapitol Muzeyindən əsərlər
  2. Versal Sarayından heykəllər
  3. Dənizçilik Muzeyi
  4. Assuriya sənəti muzeyi
  5. Əlcəzair Muzeyi
  6. Etnoqrafiya muzeyi
  7. 11385 rəsm və heykəldən ibarət Marquis Campana kolleksiyası
  8. Dekorativ Sənətlər Muzeyi
“The Dreamers” (rej. Bertolucci) və Band of Outsiders (rej. Godard) filmlərində Luvrda qaçış səhnəsi.

Hal hazırda isə muzey 9 şöbəyə bölünüb :

  1. Heykəllər
  2. Dekorativ İncəsənət nümunələri
  3. İslam İncəsənəti
  4. Roma və Yunan əntiq əşyaları
  5. Misir əntiq əşyaları
  6. Yaxın Şərq əntiq əşyaları
  7. Yazılar
  8. Rəsm Əsərləri

Muzeydəki ən məşhur əsərlərin Leonardo Da Vinçinin “Mona Liza”-sı, Mikalencelonun “Üsyankar Qul”-u, Delakruanın “Azadlıq Barrikadalarda”-ı və Miloslu Venera heykəli olduğunu hesab etmək olar.

Luvrun hal-hazırda 3 peyk muzeyi fəaliyyətdədir. Bunlar Fransanın Lens şəhərində, BƏƏ-nin Əbu-Dabi şəhərində və İranın Tehran şəhərində yerləşir.

Luvr muzeyi çərşənbə axşamı xaric, həftənin hər günü ziyarətçilərə açıqdır və muzeyə giriş qiyməti 0-17 avro intervalındadır.

 Yazar : Ksenon

Muzeyler 101, Vatikan Muzeyi: https://goyqursagi.com/2020/06/13/muzeyl%c9%99r-101-vatikan-muzeyl%c9%99ri/

Mənbələr :

  1. https://en.wikipedia.org/wiki/Louvre#Gallery
  2. https://www.livescience.com/31935-louvre-museum.html
  3. https://www.britannica.com/topic/Louvre-Museum#ref338622
  4. https://www.louvre.fr/en/histoirelouvres/history-louvre
  5. Art 101 kitabı, yazıçı Eric Grzymkowski

İstifadə olunan fotoların mənbələri :

  1. https://www.britannica.com/topic/Louvre-Museum
  2. https://en.wikipedia.org/wiki/Death_of_the_Virgin_(Caravaggio)#/media/File:Michelangelo_Caravaggio_069.jpg
  3. https://en.wikipedia.org/wiki/Liberty_Leading_the_People#/media/File:Eugène_Delacroix_-_Le_28_Juillet._La_Liberté_guidant_le_peuple.jpg
  4. https://fr.wikipedia.org/wiki/Pyramide_du_Louvre#/media/Fichier:Louvre_Pyramid_construction_1987.jpg
  5. https://en.wikipedia.org/wiki/The_Fortune_Teller_(Caravaggio)#/media/File:Caravaggio_(Michelangelo_Merisi)_-_Good_Luck_-_Google_Art_Project.jpg
  6. https://www.facebook.com/thecinegogue/photos/a.1205507349571766/1219730721482762/?type=3

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: