Ədəbi Tənqid 3: Müəllif Yönümlü Tənqid

Ədəbi Tənqid yazı seriyasının 3-cü hissəsi olan bu yazımızda ədəbiyyatda müəllif yönümlü tənqid metodundan danışacağıq (Əvvəlki 2 seriyaya mətnin sonundakı linklərdən keçid edə bilərsiniz).

Öncəliklə gəlin, bu metodun bağlı olduğu ekspressionizm cərəyanı haqqında öyrənək. Ekspressionizm fransızca ifadə deməkdir və sənəti müəllifin daxili aləminin ifadəsi olaraq görür. Müəllifin daxili dünyasına maraq 19-cu əsrdə romantizm cərəyanı ilə başlayıb. Romantiklər də realistlər kimi sənətin refleksiya olduğunu düşünürlər, lakin bu refleksiya xarici dünyanın gerçəkliyini deyil, sənətçinin xarici dünyanı necə gördüyünü izah edir. Ekspressionizm əsərin sənətçinin içində necə meydana gəldiyini izah edir və bu mənada “təsvir edici” olub qiymətləndirmədə təsirsizdir. 

Bu cərəyanda sənətin əsas şərti sənətkarın “dilə gətirdiyi” hislərini oxucuya çatdırmağıdır. Çünki bu cərəyanda müəllif ilə oxucu arasında əlaqə müəllifin duyğularını ifadə etməsinə əsaslanır.  XX əsrdə çox yayılmış olan bu anlayışda sənətin məqsədi təkcə ifadədə deyil, həm də onu ötürməkdə mövcuddur. Tolstoya görə, hər hansı bir təcrübə və ya duyğu artıq bir məqsəd deyil və müəyyən duyğuların ötürülməsi bir sənət əsəri halına gəlir. “Duyğu axını çatdıran hər hansı bir əsər sənət əsəridir”  deyən yazar yaxşı bir sənət əsərinin hər zaman hər kəsin xoşuna gələcəyinə inanırdı. 

Beləliklə, müəllif yönümlü tənqidin 20-ci əsrdə ekspressionizm cərəyanı ilə meydana çıxdığını deyə bilərik. Müəllif yönümlü tənqid “sənətçinin psixologiyası və xarakteri” və “psixoanaliz  və tənqid” olaraq iki metodu öyrənir. 

Sənətçinin psixologiyası və xarakteri metodunda bioqrafiyalar mühüm yer tutur. Lakin bioqrafiyaların da bir çox növü var və bizə lazım olan bioqrafiyalar daha çox müəllifin əsərlərini başa düşməyimizə kömək edəcək növlərdir. Eyni zamanda müəllifin əsərlərini də müəllifi öyrənmək üçün istifadə edə bilərik. Bunlardan ilki daha çox tarixi tənqid metoduna bənzəyir. 

Müəllif yönümlü tənqid sənətkarın şəxsiyyəti ilə əsərləri arasında sıx əlaqə olduğu prinsipə əsaslandığı üçün ekspressiv tənqidçilər sənətkarın həyatına, psixologiyasına və şəxsiyyətinə, yəni bioqrafiyalarına yönəlirlər. Bu metoda görə, sənət əsərinin həqiqi mənası müəllifin işə qoyduğu mənadır. Buna görə əsəri düzgün şərh etmək üçün sənətkarın məqsədini bilmək lazımdır və bu da tənqidçini müəllifə yönəldir. Lakin müəllifin demək istədiyi (məqsədi) ilə əsərdə dediyi həmişə eyni olmur. Buna görə də əsərin şərhi üçün yeganə mənbə müəllif ola bilməz. Oxucu kimi müəllif də öz əsərinə şərh verə bilər. Lakin bu onun şərhini heç bir oxucunun şərhindən üstün etmir. Düzgün şərh əsərə əsaslanmalıdır, ancaq sənət əsərində tək bir şərh haqqında danışmaq da kifayət deyil. 

Sənət əsərinin müəllifin məqsədini əks etdirməsi onu uğurlu etmək üçün kifayət etmir. Buna görə də əsərin özünün uğurlu olub-olmadığını qiymətləndirmək lazımdır. Romantik ədəbi dövrdən başlayan müəllifin xarakterinə yönəlmək  müəllifin səmimi olub-olmadığı sualına  qədər gəlir. Ancaq müəllifin səmimi olması əsərinin qiymətləndirilməsində meyar ola bilməz. Yəni bu metod sənətkara yönələrək onun məqsədini, səmimiliyini sorğulayır, lakin bunların heç biri əsərin qiymətləndirməkdə deyil, onu təsvir etməkdə işə yarayır.

Psixoanalitik tənqid metodu isə Ziqmund Freydin şüuraltı kəşflərinə əsaslanır. Sənətkarları “nevrotik” adlandıran Freyd yaradıcı istehsal prosesini normal hesab etmir. Müəllifi başqalarından fərqləndirən məqam onun nevrotik olması deyil, əsərində bu nevrozu necə təcəssüm etməsidir. Freyd ədəbiyyatı öz psixoanalitik nəzəriyyəsini dəstəkləmək üçün istifadə edib. Bu metod “estetika” anlayışını tam izah etmir və özündə ziddiyyətləri ehtiva edir. Ancaq psixoanaliz sayəsində insan ruhunu daha dərindən öyrənmək və əsərlərdə izah etmək mümkün oldu. Bundan əlavə, psixoanaliz üzərində qurulan bu metod yalnız sənətkarın psixologiyasına deyil, bəzi hallarda əsərin özünü təhlil etməyə çalışa bilər.  Məsələn, əsərdəki obrazları da psixoanaliz metodu ilə öyrənmək və beləliklə, müəllifi və əsəri daha yaxşı öyrənmək olar. 

Gördüyümüz kimi, müəllif yönümlü tənqid metodu müəllifi, onun məqsədini öyrənməyə çalışır. Bu metod sənəti müəllifin dünyanı, hislərini, məqsədini ifadəsi və bu ifadəni oxucuya ötürməsi olaraq görür və buna görə də sənət əsərlərini müəllifi öyrənərək analiz və şərh etməyə çalışır. Lakin öyrəndiyimiz kimi bu tək başına kifayət etmir və çox zaman bu metodla sadəcə əsəri təsvir edə bilirik.

Mənbə:

Moran, B. (1999). Edebiyat kuramları ve eleştiri.  Istanbul: Iletişim Yayınları

Yazar: Lithium.

Seriyanın əvvəlki yazıları:

Ədəbi Tənqid 1 – https://goyqursagi.com/2020/05/06/%c9%99d%c9%99bi-t%c9%99nqid-1-%c9%99d%c9%99biyyatda-t%c9%99nqid-metodlari/

Ədəbi Tənqid 2 – https://goyqursagi.com/2020/05/25/%c9%99d%c9%99bi-t%c9%99nqid-2-xarici-dunya-v%c9%99-c%c9%99miyy%c9%99t-yonumlu-t%c9%99nqid/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: