Narkotiklərə giriş 101, hissə III

Keçən məqalədə biz heroin və digər psixotrop maddələrin necə asılılıq yaratdığını müzakirə etdik. (https://medium.com/@gqurshaghi/a9f7918d3214?source=friends_link&sk=778970cdf076d542aa9fdf40b41a7646link) biz heroin və digər psixotrop maddələrin necə asılılıq yaratdığını müzakirə etdik. Şəkil 1-dən xatırlayırsınız ki, beynin VTA (Ventrel Tegmental Area)və NAc (Nucleus Accumbens) adlı strukturları mövcüddur. Bu iki struktur insanın xoşa gələn hər bir hərəkət, yemək və içməkdən sonra dopamin adlı maddənin ifrazından məsuliyyətlidir. Dopamin insana həzz və dincəlmə hissi verir. Buna görə də heroin qəbulu zamanı dopamin ifrazı o qədər artır ki, beyindəki dopamin ehtiyatını tam tükənir. Heroinin effekti bitdikdən sonra insanın əhval-ruhiyəsi pozulur, heroin istifadəçisi iyrəncilik və ağrı hissləri keçirir. Keçən məqalədə asılılıq keçirən şəxslərdə iyrəncilik və depressiya hisslərini yaradan prosesslərdən söhbət etmişdik. Burada başqa daha bir sual yaranır: heroin asılılığı olan şəxs niyə daimi ağrı hissi yaşayır?

Gəlin bu sualın cavabını vermək üçün yenidən qədim zamanlara qayıdaq. Təsəvvür edin ki, keçən dəfə müzakirə etdiyimiz Azıx insanı (yuxarıdakı link- narkotiklərə giriş dərsi, hissə II) məşədə gəzərkən təsadüfən sürüşür və dağın ətəyi ilə üzü aşağı yumallanır. Üzünü qorumaq üçün əlini irəli uzadır və bir daşın üstünə enərək əlini əzir. Azıx insanın keçirtdiyi ağrı hissi necə yaranır? 1906-cu ildə Çarlz Skott Şerinqton dəri və orqanların daxilində xüsusi nosi-respetorları (qədim yunan dilindən- nosi:ağrı, reseptor: qəbul edici), və ya nosiseptorları kəşf edir. O, müəyyən edir ki, hər hansı bir orqan zərərlənsə, həmin nosiseptorlar zədəni hiss edir və beyinə siqnal göndərir. Beyin həmin elektrik siqnalı daha sonra ağrı kimi qavrayır. Beləliklə, əlini əzən azıxantropun nosiseptorları beyinə güclü ağrı siqnallarını göndərir. Bu siqnallar nə üçün lazımdır? Şiddətli ağrının məqsədi varmı?

Məsələ ondadr ki, güclü ağrını kəsmək üçün Azıx adamı qaçıb əlini soyuq bulağa salır. Təsəvvür edə biləcəyiniz kimi soyuq su bu halda zədəli toxumaları qoruyur və ağrını azaldır. Belə çıxır ki, ağrı bizi zədədən qorumaq üçün lazımlı hərəkətləri yerinə yetirməyə təhrik edir və daha çox zədə almağın qarşısını alır. Burada daha bir sual yaranır: zədə alınan zaman niyə ağrı kəskin olur, lakin vaxt keçdikcə bir qədər mülayimləşir? Və ya daha sadə ifadə etsək, bədən ağrının gücünü necə azaldır? Ağrı reseptorlarından alınan siqnal baş beyninə çatmazdan əvvəl onurğa beyinindən keçir (şəkil 2-ə bax; bu sistem müəyyən qədər mürəkkəb olduğuna görə anatomiya detallarını kənara qoyuruq; ümid edirəm anatomiya dilinin gözəliyinə dəyər verərsiz). Onurğa beynində ağrının həddən artıq şiddədli olmaması üçün xüsusi mexanizmlər yaranıb. O mexanizmlardan biri onurğa və baş beyində ağrı zamanı bədənin özünə xas olan ENDORFİN və ENKEFALİN adlı OPİOİDLƏR (“NARKOTİKLƏR”) ifraz olunur. Bəli, əlini buzlu suda saxlayan Azıxantropun beynində opioidlər ifraz olunur.

Məhz bu da heroindən asılı olan şəxslərin heroin qəbul etmədikdə nə səbəbdən ağrı keçirtdiyini izah edir. Normal halda hər birimizin onurğa beynində müəyyən qədər opioid ifraz olunur. Heroin kimi narkotik maddə qəbul etdikdə, bədənə təbii xass olan opioidlərin ifrazı tam dəyanır. Beləliklə, heroin asılılığı olan şəxs ağrı keçirdir və ağrını kəsmək üçün daha çox heroin qəbul etmək istəyir. Buna görə də heroin asılılğı diqər asılılıqlardan fərqli olaraq intiharların və yüksək dozadan ölümə səbəb ola bilir.

Sorğu: seriyanın davamı gəlsin və ya yox? Cavabınızı rəy qismində gözləyirik!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: