Brokken kabusları

Dağlarda və ya hündür təpələrdə yüksəkdə duran bulud və ya duman topaları bəzən aşağıda görünür. Bu zaman Günəş şüaları improvizasiya olunmuş bulud və ya duman “ekran”ına zirvədə duran insan və ya başqa hər hansı bir əşya (məsələn, təyyarə) görkəmini verir. Belə kölgələr, əsasən, Almaniyanın Brokken dağlarında tez-tez müşahidə olunduğu üçün “Brokken qarabasması” və ya “Brokken kabusları” adlanırılıb. Bu qarabasmalar inanılmaz dərəcədə nəhəng ölçülərə malikdir. Qeyd edək ki, bu haqqda məlumatı olmayan insanlar üçün bu təbiət hadisəsi müəyyən dərəcədə qorxulu ola bilir.

Qloriya Çində də bəzi dağlarda müşahidə olunur və yerli xalq bu təbiət fenomenini “Buddanın işığı” adlandırır. Xüsusilə, dağlarda gecə vaxtlarında tonqal qaladıqda alçaq və sıx buludların üzərinə düşən işıq şüalarında başımız üzərində haləni xatırladan müxtəlif formalı qurşaq rəngləri əmələ gəlir. O, qloriya adlanır. Brokken qarabasması ilə yanaşı, səmada əcaib formalı qloriya parıltıları, “nəhəng heykəllər” insanlarda vahimə yaradır. Qloriyalar insanlara “müqəddəs adamlar”, “başqa planetlərdən gələn varlıqlar” şəklində də görünür. Qloriyanın elmi cəhətdən açıqlamaqda çətinlik çəkən alimlər üçün bu təbiət hadisəsi hələ də müzakirə doğurur.

Bu mövzuda elmi açıqlama hələ də araşdırma və debatların mövzusudur. 1947-ci ildə Holland astronom Hendrik van de Hulst bu hadisənin səbəblərindən birinin səth dalğaları olduğunu irəli sürdü. Onun fikrinə görə, qloriyanın ətrafındakı rəngli çevrələrin görünməsinə səbəb damlalara əks istiqamətlərdən daxil olan iki işıq şüasının yaratdığı qısa və uzun səth dalğalarının interferensiyasıdır. Braziliyalı fizik Herch Moyses Nussenzveigin yeni nəzəriyyəsinə görə isə işıq enerjisi qloriyadan geri şüalanır və klassik dalğa tuneli yaradır.

İşıq şüaları damlanın yanından keçsə də öz enerjisini bu tunelə verə bilir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: