1 il ərzində sadəcə ət yesək nə baş verər?

1920-ci illərin sonunda Vilhjalmur Stefanson və Andersen adlı 2 şəxs könüllü olaraq 1 il ərzində sadəcə ət yeməyə qərar verir. Onlar eskimosların əsasən ətlə qidalandıqlarını bildirərək onlar kimi qidalananda hansi fiziki, zehni və psixoloji dəyişikliklərin olacağını öyrənmək istəyirlər.

Araşdırmanın ümumi mahiyyəti və əhatə dairəsi Con Hopkins Universitetində işləyən Dr. Reymond Pörl tərəfindən 1926 və 1927-ci illərdə açıqlanır.

Stefanson 48 yaşında olan kanadalı bir qütb tədqiqatçısıdır. 10 ildir demək olar ki, xəstələnmir və fiziki olaraq yaxşı inkişaf etmiş birisidir. Ürəyi, ağciyərləri və qarın bölgəsi orqanları işləkdir. O, 28 Fevral 1928-ci ildən pəhrizinə başladı və yeməyini xəstəxanada yeyir, ancaq evdə yatırdı. Əvvəllər sadəcə yağsız ət yesə də, pəhrizin 3-cü günündə ürək bulanması hiss etməklə birgə ishal oldu. Bundan sonra xəstəxananın təklifi ilə yağ da yeməyə başlayan Stefanson 2 gün sonra bu şikayətlərindən azad olur.


Könüllülərin qəbul etdiyi zülal, karbohidrat və yağ miqdarı.

Andersen isə 38 yaşlı, Danimarkada doğulmuş bir bağbandır və 15 ildir apendisitsiz yaşayır. Arıq və keçəl olan könüllü  24 Yanvar 1928-ci ildə etibarən ət dietasına başladı. O isə fevral ayında özündə ağrı hiss edir və qızdırması 40 dərəcəyə çatır. Həkimlər bundan sonra ona pnevmaniya diaqnozu qoyur. Serum verildikdən sonra Andersen sağalır.

Sözügedən dietada quzu, donuz, toyuq, mal və dana ətindən istifadə olunur.

Onlar bir günlərini bunları yeyərək keçirdirdilər :

Səhər yeməyi : yağsız mal əti 190 qr, yağ 100 qr.

Günorta yeməyi : qaraciyər 200 qr, yağ 75 qr.

Axşam yeməyi : yağsız mal əti 200 qr, yağ 70 qr

Könüllüllər gündəlik olaraq 1-2 litr miqdarında qəhvə, çay, su, ət bulyonu kimi mayelər qəbul edirdilər. Pəhrizə başlayarkən əsasən zülal qəbul edilsə də sonradan bunun səhhətlərində problem yaradacağı düşünülərək, dietadaki yağ miqdarı artılır. Belə ki, onlar gündə 100-140 qr zülal, 200-300 qr yağ, 7-12 qr karbonhidrat olmaqla ümumilikdə2000-3100 kalori qəbul edirlər.

Dieta müddətində könüllülərin çəkiləri.

1 ilin sonunda könüllülərimiz fiziki aktiv və zehni açıq qalırlar. İlk 1 həftədə aşağı miqdarda karbonhidrat qəbul edildiyi üçün bədəndə su tərkibində müəyyən dəyişiklik olur. Bu dəyişiklik onların çəkilərində azalmaya səbəb olur. Lakin bir müddət keçdikdən sonra bu hal dayanmış olur.  Bir könüllümüzün qan təzyiqinin sabit  olduğu qeydə alınır. Digərinin sistolik qan təzyiqi 20 mm.c.s azalsa da onun da diastolik qan təzyiqi sabit qalır. Könüllülərdə heç bir vitamin çatışmazlığı ortaya çıxmır. Sidikdəki turşuluq miqdarı 2-3 dəfə artır. Lakin sidik testləri, böyrək funksiyası testləri, hər hansısa bir böyrək zədəsinin olmadığını isbat edir.

Andersen ət dietası başladıqdan sonra saçlarının tökülməsinin dayandığını vurğulayır.  Stefanson isə baş dərisinin daha yaxşı vəziyyətdə olduğunu və saçlarının daha da böyüməyə başladığını söyləyir.

Yazar: Ksenon

İstifadə olunan mənbələr :

  1. https://www.jbc.org/content/87/3/651.full.pdf+html
  2. https://seyler.eksisozluk.com/1-yil-boyunca-sadece-et-yiyen-iki-arastirmacinin-vucutlarindaki-sasirtici-degisimler

İstifadə olunan fotoların mənbəsi :

  1. https://www.jbc.org/content/87/3/651.full.pdf+html

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: