Droste effekti — Sonsuz kiçilən güzgü əksi

Droste effekti (həmçinin, “Mise en abyme” olaraq da bilinir) daha kiçik versiyasının təsvir olunduğu kiçik versiyadır. Məsələn, şəkildə öz şəklini çəkən birinin əksinin dəfələrlə kiçik versiyalarda görünməsi kimi. Bu effekt Holland firması “Droste”nin şərəfinə adlandırılmışdır. Belə ki, şirkət öz ənənəvi metal qutularının üzərində əlində gümüş sinidə isti kakao fincanı və kiçik “Droste” kakao qutusu daşıyan tibb bacısı təsvir etmişdi. Həmin qutuda bu təsvir özünü təkrarlayır və təsvir olunmuş qutunun üzərində yenidən əlində “Droste” kakao qutusu tutan tibb bacısı əks olunur. Bu təsvir Jan Missetə aiddir.

Fransız ifadəsi “Mise en abyme” isə, heraldikadan (gerb sənəti) gəlir və mərkəzində özünün kiçik mineatür versiyasını əks etdirən gerbə verilən addır. Daha da irəli getsək, sonu olmayan rekursiya yaranır; hər bir kiçik gerbin mərkəzində yenidən əks olunmuş daha da kiçik gerb. Bu cür sonsuz kiçilmə təbii ki, sadəcə nəzəriyyədə doğrudur. Praktikada isə, istifadə olunan çap texnikasının növündən asılı olaraq məhdud sayda kiçilmə mövcuddur.

Bu effekti reklamlarda və ya qəzetlərin üz qapaqlarında, demək olar ki, nadir hallarda görmək mümkündür. Halbuki, Droste effekti heç də yeni fikir deyil. Belə ki, 1320-ci ildə Giotto di Bondone hazırda Vatikan muzeyində saxlanılan (1266–1337) “Stephaneschi triptixi”də həmin effekti tətbiq etmişdir. Bundan əlavə orta əsrlərdə hazırlanmış bir sıra kilsə pəncərələrində öz kiçik təsvirlərini görmək mümkündür.

1969-cu ildə Pink Floyd “Ummagumma” vinil albomunun üz qapağında həmin effektdən istifadə etmişdir. Şəkildə müxtəlif yerlərdə oturmuş qrup üzvləri və divarda həmin anın təsviri əks olunmuşdur. Sadəcə şəkillərdə qrup üzvləri yerlərini dəyişirdilər.

Bu effekti yaratmağın ən sadə yolu iki güzgünü üzbəüz yerləşdirməkdir. Kimsə güzgünün yanından keçdikdə sonsuz dəfə əks olunacaqdır.

“Droste effekti” ifadəsi isə, 1970-ci illərin sonunda niderlandlı şair və jurnalist Nico Scheepmaker tərəfindən məşhurlaşdırılmışdır. Lakin bu termini ilk dəfə incəsənət xadimi M.C.Escher hələ 1950-ci illərdə öz işlərində istifadə etməyə başlamışdır.

İstifadə olunan ədəbiyyat:

1. “Das Buch der Unendlichkeit”©Librero IBP, 2018

2. https://en.wikipedia.org/wiki/Droste_effect

Şəkillərin mənbələri:

1. https://en.wikipedia.org/wiki/Droste_effect

2. https://paintingvalley.com/mc-escher-painting

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: