İsti bir kofe ilə sevgi təklifi edin

2008-ci ildə bir qrup könüllü tələbə Yale Universitetində keçiriləcək bir təcrübəyə qoşulur. Təcrübə isə çox sadədir:

Professorun köməkçisi iştirakçıları tək-tək qarşılayır, onlara isti/soyuq kofe verərək təcrübənin keçiriləcəyi yerə qədər söhbət edir. Professorla qarşılanda isə, onları tək bir sual gözləyir: iştirakçılar köməkçisi haqda nə düşünürlər? Maraqlı tərəfi isə ondadır ki, eyni adam haqqında isti kofe götürənlər “xoşbəxt, sosial, xoşxasiyyətli” desə də, soyuq kofe içənlər heç də bu fikirlə razı deyil idi.

Eyni təcrübə eyni ildə sevgililərinə evlənmə təklifi etmək istəyən cütlüklər üstündə də keçirilir və hipotezin daha da möhkəmlənməsi ilə sona çatır. (İsti kofe tutan qadınlar böyük üstünlüklə daha çox “hə” cavabı verir).

2010-cu ildəki maşın alış-verişi üzrə Neuroscience təcrübəsində isə yumşaq divanda oturan iştirakçılar sərt divandakılara nisbətən 40 faiz daha bahaya satış etmişdi. Sərt divan sahibləri qiymətdə heç bir endirimə getməməkləri ilə də seçilirdi.

Həyatımızın 65%-i genlərimizdən aslı olsa da, qalan 35 % ətraf mühitlə bağlıdır və bu sistemdə toxunma hissiyatımızın emosiya və qərarlarımızla böyük bağlantısı var.

Kofe mağazalarının işləyə bilmədiyi Bakı bəlkə də buna görə sevgi şəhəri deyil 🙂

Mənbə: http://www.npr.org/templates/story/story.php?storyId=96041598

http://www.businessinsider.com/how-to-use-touch-warmth-and-taste-to-win-a-negotiation-2014-4?utm_content=buffer4385a&utm_medium=social&utm_source=facebook.com&utm_campaign=buffer

2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: