– Kainat haqqında bizimlə paylaşa biləcəyiniz ən möhtəşəm fakt nədir?
– Kainat haqqında ən möhtəşəm fakt; dünyanın ibarət olduğu, insanın bədənini meydana gətirən atomların nüvələrində, yüksək temperatur və təzyiq altında yüngül maddələrin ağır maddələrə çevrilməsini müşahidə edə bilməkdir.
Ulduzların arasında kütləcə ən ağır olanlar, həyatlarının son illərində qeyri-stabil hərəkət edərək toqquşdular və daha sonra partlayaraq təşkil
olunduqları maddələri qalaktika boyu sovurmuş oldular. Ətrafa saçılan bu maddələr oksigen, azot, karbon və həyatı yaradan başqa maddələr idi. Bu maddələr sıx, yoğun, çöküntü halında olan qaz buludunun bir parçası halına gələrək, Günəş sisteminin gələcək nəslini – ulduzları, orbitə malik planetleri və həmçinin hal-hazırda həyat üçün lazım olan maddələrə sahib planetimizi yaradıb.
Gecələr başımı qaldırıb səmaya baxıram və bilirəm ki, bəli, biz bu kainatın bir parçasıyıq, biz bu kainatdayıq. Amma bəlkə də, bütün bu faktlardan daha mühim olanı kainatın bizim içimizdə olmasıdır.
Bu reallıq haqqında düşündükləri vaxt, özünü kiçik hiss edən bir çox insan görürəm. Kainat çox böyükdür və onlar kainatla müqayisədə çox kiçikdirlər. Amma mən tərsinə, özümü böyük hiss edirəm. Çünki mənim atomlarım bu ulduzlardan yaranıb. Aramızda hələ də bir növ əlaqə var. Bu, bizim həyatdan həqiqətən istədiyimiz şey deyil mi? Özümüzü uyğun, yeniliklərlə əlaqəli hiss etmək istəyirik. Biz ətrafınızda baş verən hadisələrin iştirakçısı kimi hiss etmək istəyirik və bu cür hiss etməyimiz tamamilə doğrudur. Sadəcə canlı olmağımız belə bu kainatın bir iştirakçısı olmağımıza kifayət edir.
Nil Deqrass Tayson
mənbə:
Yazar: Curium