Muzeylər 101 – Vatikan muzeyləri

Vatikan. Müqəddəs Pyotr bazilikası

Vatikan, 0.49 kmərazisi, 900 nəfərə yaxın əhalisi ilə dünyanın ən kiçik dövlətidir. Buna baxmayaraq, o, bəlkə də dünyanın ən məşhur rəsm əsərlərinin, heykəllərin və incəsənət tarixinin ən görkəmli binalarından olan Sikstin kapellasının ev sahibidir. Buradakı muzeylər və ictimai qalereyalar, hər il milyonlarla turisti özünə cəlb edir.

Vatikan muzeylərinin əsası 1506-cı ildə, o vaxtki Papa II Juliusun “Laokoon və oğulları” heykəlinin Vatikanda nümayiş etdirilməsi ilə qoyulub. II Julius heykəli aldıqdan sonra, xalqı heykəli görməyə çağırır və bundan sonra o, Vatikanı mədəniyyət və incəsənət mərkəzinə çevirməyə çalışır. Papa, tez-tez ona yol göstərməsi üçün məşhur intibah dövrü rəssam-heykəltəraşları Rafael və Mikelancelo ilə ünsiyyətdə olur və onlara çoxlu sayda sifarişlər verir. Bu sifarişlərdən ən diqqət çəkəni isə Mikelancelo tərəfindən rəsm edilən Sikstin kapellasının tavanıdır.

“Afina məktəbi” – Rafael. Apostol Sarayı, Vatikan.

Vatikan muzeylərində ümumilikdə 54 qalereya və ya “sala” mövcuddur. Bunların hər biri özünəməxsus temaları ilə seçilir və qalereyaların bir-birinə yaxın olması səbəbi ilə, buraya gələn ziyarətçilərə bir neçə saata bütün kolleksiyalara göz gəzdirmə imkanı verir.

Pio-Klementino Muzeyi : Muzeyin əsası 1771-ci ildə Papa XIV Klement tərəfindən qoyulur və sonradan Papa VI Piy tərəfindən muzey daha da genişlədilir. Elə təsadüf deyil ki, muzeyin adı da bu iki Papanın adından gəlir. Muzey başlanğıcda intibah dövrü incəsənətinə aid və klassik qədim dövr əsərlərindən ibarət olsa da, hal-hazırda muzeydə əsasən, qədim Roma və Yunan dövrlərinə aid heykəllər nümayiş etdirilir.

“İsanın məzara qoyulması” – Karavacco. Pinakhotek, Vatikan.

Karamonti Muzeyi : Adı Papa VII Piyin Papa seçilməsindən öncəki soyadından gələn muzey, qədim Roma və Yunan dövrünə aid 1000-dən çox əsərə ev sahibliyi edir. Bu əsərlər arasında “körpə Telefus ilə Herakl” və “Nil” heykəlini xüsusi vurğulamaq lazımdır.

Etruks Muzeyi : Papa XVI Qriqori tərəfindən əsası qoyulan bu muzeydə, hal-hazırda Latsio adlanan bölgədəki qazıntılar nəticəsində tapılmış gümüş, bürünc və qızıldan ibarət və bir Yunan vaza kolleksiyası mövcuddur.

Misir Muzeyi : Papa XVI Qriqorinin Misir incəsənətinə olan sevgisi nəticəsində 1839-cu ildə qurulmuşdur. Muzey, 9 otaqdan ibarətdir və bu otaqlarda  papiruslar, mumiyalar və sarkofaqlar yerləşir.

Etnologiya Muzeyi : Vatikanın yeni muzeylərindən olan bu muzeyin əsası, 1926-cı ildə Papa XI Piy tərəfindən qoyulmuşdur. Bu muzey dünyanın fərqli yerlərindən 40.000-ə yaxın əsərdən ibarətdir və burada qədim Çin sikkələri, hindu heykəlləri və bəzi tarixöncəsinə aid əsərlər nümayiş etdirilir.

Vatikan Tarixi Muzeyi : Papa VI Pavel tərəfindən 1973-cü ildə qurulan bu muzeydə, 16-cı əsrdən günümüzədək olan Papaların portretlərini, istifadə etdikləri maşınları görmək mümkündür.

Pinakothek Vatikan : İlk başda papanın şəxsi iqamətgahında olan və 118 rəsm əsərindən ibarət bu qalereya muzeyi, hal-hazırda Luka Beltrami tərəfindən dizayn edilmiş yeni binada yerləşir. Muzey, 12-ci əsrdən 19-cu əsrə qədər olan, içində Rafael, Leonardo da Vinçi və Cottoya məxsus 460 əsərdən ibarətdir.

“Ud Çalan Mələk” – Melozzo da Forli. Pinakothek, Vatikan.

Bu muzeylərdən savayı, Vatikanın ən məşhur binası Sikstin kapellasıdır desək yanılmarıq. Bu bina papa seçimlərinin də keçirildiyi yerdir. Kapella Papa IV Sikst tərəfindən 1473 və 1481-ci illər arasında inşa edilmişdir.

1508-ci ildə Papa Julius tərəfindən sifariş edilən və tavanı bəzəyən doqquz rəsmlik seriyanı Mikelancelo 4 ildə başa vurmuşdur. Rəsmlər, dünyanın yaradılışını, insan və tanrı arasındakı münasibəti və Adəmin cənnətdən qovulmasını ifadə edir. Bu rəsmlərdən şübhəsiz ən populyarı isə Adəmin yaradılışıdır.

“Adəmin yaradılması” – Mikalencelo. Sikstin Kapellası, Vatikan.

Yazar: Ksenon

İstifadə olunan fotoların mənbələri :

  1. https://commons.wikimedia.org/wiki/Category:Quality_images_of_the_Vatican_City#/media/File:Vatican_City_(VA),_Petersdom_–_2013_–_4352.jpg
  2. https://upload.wikimedia.org/wikipedia/commons/c/c3/Raphael_School_of_Athens.jpg
  3. https://upload.wikimedia.org/wikipedia/commons/3/34/The_Entombment_of_Christ-Caravaggio_%28c.1602-3%29.jpg
  4. https://commons.wikimedia.org/wiki/File:Da_Forli_-_Angel_with_Lute_head.jpg
  5. https://commons.wikimedia.org/wiki/File:The_Creation_of_Adam.jpg

Yazıda istifadə olunan mənbələr :

  1. Art 101, yazıçı Eric Grzymkowski
  2. https://en.wikipedia.org/wiki/Vatican_Museums

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: