Siçan parkı və narkotik asılılığına dair bildiklərimiz

Heroin asılılığı uzun müddətdən bəri dünyanın ən çox qorxulan və mübarizə aparılan mövzularından biri olmuşdur. Bəs heroin asılılığına nə səbəb olur?

Belə ki, əgər siz ard-arda 20 gün heroin istifadə etsəniz, 21-ci gün bədəniniz sizdən asılı olmayaraq bunu tələb etməyə başlayacaq. Ancaq, araşdırmalar onu da göstərir ki, bizim asılılığa dair bildəklərimizin çoxu heç də tam düzgün deyil.

Əgər siz ağır bir əməliyyat keçirtsəniz, xəstəxanada olduğunuz müddət boyunca həkimlər sizə morfin verəcək. Morfin isə, sadə dillə izah etməli olsaq, heroinin ən saf və ağır versiyasıdır. Hər gün milyonlarla insan tibbi cəhətdən morfin istifadə edirsə, onlar da asılı olur mu? Bu haqda illərdir aparılan araşdırmalar sübut edir ki, xəstəxanada sizə verilən morfin sizi narkotik aludəçisi etmir.

Bizim hal-hazırda aludəçiliyə dair bildiklərimiz, 20-ci əsrdə aparılan müşahidələrə dayanır. Müşahidələr isə çox sadə idi: bir siçan içində 2 fərqli su qabı olan bir qəfəsə qoyulur. Su qablarının birinin içində adi su olur. Digər qaba isə içində kokain və ya heroin kimi güclü bir kimyəvi maddə olan su qoyulur. Siçanlar hər iki qabdakı suyun dadına baxdıqdan sonra, adi suyu deyil, kimyəvi maddəli suyu içməyə üstünlük verirlər. Qısa müddətdən sonra da siçanlar yüksək dozdan ölürlər.


“Siçan Parkı”.
Mənbə: ttps://ibogainetreatment.eu/tag/rat-park/

1970-ci ildə psixoloq Brüs Aleksandr o vaxta qədər aparılan müşahidələrə baxaraq, çıxarılan nəticələrin düzgün olmadığını iddia edir. Bunu sübut etmək üçün o, “siçan parkı” eksperimentini reallaşdırır və bununla da aludəçiliyə dair bildiklərimizi dəyişdirir. Bu dəfə parklarda üzərində eksperiment aparılan siçanlar ayrı-ayrı deyil, birlikdə vaxt keçirirlər. Əlavə olaraq, bu parklarda siçanları xoşbəxt edə biləcək bir çox oyuncaq da yerləşdirilir. Bundan əvvəlki müşahidələrdə olduğu kimi, yenə iki fərqli su qabı qoyulur. Hansı ki, qabların birində morfin əlavə edilmiş su olur. Nəticədə, siçanların heç də morfin tərkibli suyu ölənə qədər içmədikləri müşahidə edilir. Əksinə, arada bir o sudan içdikləri məlum olur. 1Psixoloq bununla narkotik aludəçiliyində sosial faktorların kəsb etdiyi mühim rolu sübut etmiş olur. 2

Yazar: Curium

Mənbə:

  1. 1.  Petrie, B. F (2016). “Environment is not the Most Important Variable in Determining Oral Morphine Consumption in Wistar Rats”. Psychological Reports. 78(2): 391–400. doi:10.2466/pr0.1996.78.2.391PMID 9148292.
  2. Eitan, Shoshana; Emery, Michael A; Bates, M.L.Shawn; Horrax, Christopher (2017). “Opioid addiction: Who are your real friends?”. Neuroscience & Biobehavioral Reviews83: 697–712. doi:10.1016/j.neubiorev.2017.05.017PMID 28552458.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: