Atom bombası bilinən digər bomba növləri ilə təqribən eyni ölçüdə olsa da, onlardan fərqli olaraq qat-qat daha çox məhvedici gücə sahibdir. Atom bombası bir ərazini alovu və ya radiyası ilə tamamilə yox edə bilər.
Bəs atom bombası ilk dəfə nə vaxt istifadə olunub?
İlk atom bombası İkinci Dünya Müharibəsinin sonunda Amerika Birləşmiş Ştatlarında hazırlanıb. Belə ki, 2 avqust 1939-cu ildə Albert Eynşteyn və bəzi elm adamları ABŞ Prezidenti F.D.Ruzveltə Nasist Almaniyasının atom bombası üçün Uran-235-i saflaşdırmağa çalıştığı haqqında məktub yazır. Buna cavab olaraq ABŞ-da öz atom bombasını yaratmaq üçün fəaliyyətə başlayır. Beləliklə, 1939-1945-ci illər arasında məqsədi atom bombası yaratmaq olan “Manhetten layihəsi” Los-Alamosda baş tutur. Layihənin başındakı şəxs teorik fizik Culius Robert Oppenheymer idi və onu zaman ötdükcə “atom bombasının atası” adlandırmağa başlayırlar.
Nəhayət, ilk testin baş tutacağı gün gəlib çatır. Amma eyni zamanda da partlamanın şiddətinin dünyanın yox olmasına gətirib çıxaracaq qədər güclü təsirlərə malik olmasından və səbəb olacağı radiyasiyanın ətrafdakı insanlara mənfi təsirindən qorxurdular. Nəhayət, partlama anı gəlir: 16 İyul 1945-ci il, saat 05:29:45’.
“Manhetten layihəsi” Nasist Almaniyasına qarşı istifadə üçün planlandırılmışdı. İkinci Dünya Müharibəsində Almaniyanın uduzmasından sonra Albert Eynşteyn, Leo Szilard və sonrasında fizik Edvard Teller Franklin Ruzveltə məktub yazıblar. Məktubda bombanın istifadəsinin çox təhlükəli olacağını və aradan qaldırılmasını tələb etmişdilər. Lakin II Dünya Müharibəsinin qızğın vaxtları idi və Amerika qalib gəlmək üçün əlindən gələn hər şey etməyə hazır idi.
Atom bombasının hədəfində isə Hiroşima, Kokura, Niiqata və Naqasaki kimi şəhərlər var idi. Belə ki, ikinci bombanın Hiroşimaya atılacağı qərarı alınmışdı. Maraqlısı odur ki, hücumdan bir neçə saat öncə Yaponiya amerikan təyyarələrinin gəlməsi haqqında məlumatlanmışdı. Lakin gələn təyyarələrin çox az sayda olduğunu bildikləri üçün buna qarşı xüsusi tədbir alma ehtiyacını görməmişdilər. Təxminən 08:00-da Hiroşima şəhərinin radarını izləyən operator yaxınlaşan amerikan təyyarələrinin sayının çox az olmasını bildirmiş və nəticədə hava həyəcanı ləğv edilmişdir. Sadəcə 3 təyyarə Yaponiya səmalarında idi: atom bombasını daşıyan “Enola Gay”, müşahidə təyyarəsi “The Great Artiste” və “Necessary Evil” təyyarələri.
Beləliklə , 6 avqust 1945-ci il saat 08:15-də “Enola Gay” adlı təyyarə “Little Boy” atom bombasını Hiroşimaya atdı. Bomba atılması nəticəsində 70.000-80.000 arasında insan həlak olmuşdu. Ümumiyyətlə isə, Hiroşimanın 90 %-i yerlə bir olmuşdu.
Daha sonrakı hədəf Kokura idi. Lakin Kokura səmalarında hava şəraiti buna uyğun deyildi. Buna görə, təyyarələr Naqasakiyə doğru istiqamətləndilər. 9 avqust 1945-ci il, saat 11:01-də “Fat Man” adlı atom bombası “Bockscar” təyyarəsindən Naqasakiyə buraxıldı.
Bombardmanın ilk saniyəsindəcə 70.000 nəfər həlak olmuş, 60.000 nəfər isə, yaralanmışdı. Bombalamanın sonrasında isə radiyasiya zəhərlənməsindən ölümlərin ardı-arası kəsilmək bilmirdi.
9 avqust 1945-ci ildən dən sonra heç bir müharibədə bir daha atom bombası istifadə olunmadı.
İstifadə olunan şəkillərin mənbələri: https://www.nytimes.com/2015/08/06/world/asia/did-us-have-to-drop-atomic-bombs-on-hiroshima-and-nagasaki.html
https://tr.wikipedia.org/wiki/Bockscar
Mənbə: Ali Çimen- “Tarihi Değiştirenler”
Yazar: Natrium