Britaniyalılar Niyə Çayı Südlə İçir?

21 May bütün dünyada Beynəlxalq Çay Günü kimi qeyd olunur. Günümüzün bu əvəzedilməz içkisinin vətəninin Çin olmasına baxmayaraq, bir çox ölkə çayı öz günlük həyatının ayrılmaz hissəsinə çevirmişdir. Bu ölkələrin hər birinin özünəməxsus çay süfrəsi mədəniyyəti və hətta çay istifadə “qanun”ları var.

Bildiyimiz kimi, Azərbaycanda çay mürəbbə, qənd, limon və müxtəlif şirniyyatlarla içilir.

Dünyada ən məşhur çay mədəniyyətinə sahib ölkələrdən biri isə Böyük Britaniyadır. Özünəməxsus çay adət-ənənələri ilə tanınan bu ölkədə çay çox vaxt süd və peçenye ilə servis olunur.

Bəs sizə heç maraqlı gəlib ki, britaniyalılar niyə çayı südlə içir?

Gəlin bunun tarixinə nəzər salaq.

Hesablamalara görə, britaniyalılar ildə 60 milyard fincan çay içir. Bu, adambaşına ildə 900 fincana bərabərdir. Britaniyalıların həyatında çay o qədər önəmlidir ki, iş yerlərindəki fasiləyə belə “çay fasiləsi” deyirlər. Britaniyalılar üçün çay həm də sosial statusun bir göstəricisidir. Belə ki, işçi sinfinə mənsub şəxslər çayı sadə və tünd içməyə üstünlük versə də, daha üst siniflərə mənsub şəxslər çayı daha açıq və xəfif içməyə üstünlük verirlər. 

Südlü çay ənənəsi üçün isə iki əsas teoriya mövcuddur:

Birincisi, çayın ilk dəfə Britaniyaya gətirildiyi 18-ci əsrdə hər kəsin yüksək keyfiyyətli fincan ya da çini qablar almağa maddi imkanı çatmırdı. Aşağı keyfiyyətli fincanlara isti su əlavə edildikdə isə, fincanlar çatlayırdı. Bunun qarşısını almaq üçün fincana ilk olaraq soyuq süd əlavə olunur, sonra isti çayı əlavə edirdilər. Beləliklə, fincanlar çatlamırdı. Digər teoriya isə çay çox acı olduğuna görə südün çayın acı dadını azaltmaq məqsədi ilə istifadə olunmasıdır. 

Mətndə istifadə olunmuş şəkillərin mənbələri :

https://twitter.com/JamesSharpFCO

Mənbə:

  1. https://www.bbc.com/turkce/haberler/2016/06/160603_vert_fut_ingiliz_cayi
  2. https://medium.com/@atmaca.zehra/i̇ngilizler-neden-sütlü-çay-içer-44f6ae4e9672
  3. https://www.thesun.co.uk/living/4286932/brits-put-milk-tea-nothing-taste/

Yazar: Ksenon

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: