Kosmosda Yeni Era

Bəlkə də bir çox mənbədə sabah (27 May 2020) Kosmosda yeni bir eranın başlanğıcı olacağı ilə əlaqəli paylaşımlar görmüsünüz. Təbii ki, bu “yeni era”nın kosmos üçün heç bir önəmi yoxdur, buna görə də “İnsanların kosmosu kəşfində yeni era” demək daha doğru olar.  Bəs 27 may tarixinin bu qədər xüsusi olmasının səbəbi nədir?

SpaceX-in Crew Dragon kapsulu

Amerika 2011-ci ildən sonra uçuşların çox maliyyətli və çətin olması səbəbi ilə “Space Shuttle” (Kosmik Gəmi) missiyasını dayandırmışdı. Beynəlxalq Kosmik Stansiyaya gedəcək olan Amerikalı, Kanadalı və Avropalı kosmonavtlar isə Rusiyanın Soyuz kapsulu ilə Dünyanı tərk edir və geri gəlirdilər. Bu sıralar Amerikalılar yenidən öz ölkələrindən kosmosa insan göndərməyə başlamaqlarını qeyd edirlər. Amma sabahkı uçuşun bütün Dünya üçün bundan daha böyük bir dəyəri var: İnsanlıq tarixində ilk dəfə özəl bir şirkət kosmosa insan göndərəcək.

Qalxışa hazır vəziyyətə gətirilmiş Falcon-9 roketi və ucuna bağlı Crew-Dragon kapsulu

Böyük ehtimalla bir çoxunuz SpaceX adlı şirkət haqqında oxumuş, oxumasanız belə internetdə təsadüfən görüb tanış olmusunuz. Elon Muskın 2002-ci ildə qurduğu bu şirkət bir neçə ildir roketlər və kosmik kapsullar inşa edir. Bütün bunların altındakı təməl məqsədi isə Elon Muskın Twitter hesabındakı paylaşımlarda açıqca görmək mümkündür: 2050-ci ildə Marsda ilk şəhəri inşa etmək.

İlk oxuyanda inanmaq nə qədər çətin olsa da Muskın həyatı və SpaceX-in tarixi haqqında oxuduqca çox inanılmaz olmadığını görürük. Bir neçə ildir həyata keçirdikləri layihələrlə kosmosa insan göndərməyin xərclərini milyonlarca dollar azalda bilmiş bu şirkətin bütün işləri insanlı Mars missiyalarının hazırlıqlarıdır əslində. Kosmik cihazları futuristik və daha effektiv hala gətirdikdən sonra kosmosa kargo daşıyan roketləri geri Dünyaya endirdilər, Marsa insan daşıyacaq roketlərin onlarca dəfə test uçuşlarını etdilər və qalxışda baş verə biləcək qəzaları simulasiyalarını hazırlayıb kosmonavtları bu vəziyyətlərdə dünyaya sağ bir şəkildə endirmək üçün sistemlər qurdular. Bundan əlavə, daha əvvəlki paylaşımlarımızda bəhs etdiyimiz Starlink peyklərini orbitə göndərib bütün dünyaya çox sürətli internet təmin etmə planını həyata keçirməyə başladılar. Əslində, indiyə qədər başda NASA, Roskosmos və Avropa Kosmos Agentliyi olmaqla bir çox kosmos agentliklərinin yoxlamaqdan belə çəkindiyi, imkansız görünən işləri bu özəl şirkət reallaşdırmağa başladı. Bu uğurlu işlər kosmosu dövlətlərin yarış arenası halından çıxardır, bir çox multimilyarderlərin özəl kosmos şirkətlərinə yatırımlar etməsinə və araşdırmaların, missiyaların artmasına təkan verir.

Missiyanın baş rolları olacaq kosmonavtlar Douglas Hurley və Robert Behnken Crew Dragon kapsulunun içində

Sabahkı roket atılışı, həmçinin kosmosa kommersiya uçuşlarının testlərinin də başlanğıcı olacaq. Bütün bunlardan anlaşılan isə çox yaxın gələcəkdə kosmosa kommersiya uçuşları həyata keçəcək və insanlıq bəlkə də Marsda ilk addımlarını atacaq. Çox keçmədən isə Marsda şəhərlər qurulacaq, iş yerləri açılacaq və ilk Marslı insanlar doğulacaq. SpaceX-in Falcon-9 roketinə bağlı olacaq “Crew Dragon” kapsulu içində 2 kosmonavtla birlikdə 27 may 2020 20:33-də (UTC) (Bakı vaxtı ilə 28 may 00:33) Floridadakı Kennedi Kosmos Mərkəzindən havalanacaq və canlı olaraq NASA’nın saytında yayımlanacaq.

Mənbə:

NASA&SPACEX

Yazar: Mendeleyevum

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: