Narkotiklərə giriş dərsi 101

Gəlin narkotiklər barəsində danışaq.

Bildiniyiz kimi marixuana, alkohol və hətta kofein birləşmərinin çoxu adətən “narkotik” adlanır. Belə terminologiya düzdürmü?

Əksər hallarda narkotik maddələrin beynə və bədənə zərər vurduğuna, həmçinin asılılıq yaratdığına görə istifadəsi tabu sayılır. Azərbaycanda bu barədə geniş diskussiya, təəssüf ki, mövcud deyil.  Mediada qeyd olunan mövzuya yanaşma çox kəskindir və alternativ baxışları irəli sürən hər bir şəxs tənqid olunur. Düzdür, belə bir sosial reaksiyanın əsası aydındır: tarix boyunca narkotik maddələrdən istifadə edən şəxslər sağlamlıqlarına ciddi zərər vurub və cəmiyyətin marjinal hissələrinə aid olub. Lakin bəzi inkişaf etmiş ölkələrdə bir sıra bu kimi maddələrin istifadə edilməsinə yol açan qanunların  tənqid edilib-edilməməsi barəsində sual yaranır. Bu sualın cavabını almaq üçünsizi kütləvi media və qeyri-elmi məqalələrdən əldə edilən bilikləri hələlik kənara qoymağa çağrıram. Belə bir mövzunun müzakirəsi ritorik və əxlaqi üsulla yox, elmi faktların əsasında qurulmalıdır.

İlk öncə, gəlin “narkotik” sözünün mənasını aydınlaşdıraq. Qədim yunan dilində “narkotik” sözü “keylik yaradan” və “yatızdıran” maddələrə deyilirdi. Lakin biz belə adlandırmadan deyil, “Breaking bad” və “Narkos” seriallarından da geniş bilinən ABŞ-ın FDA (Food and Drug Administration; İng.cə tərcüməsi – Qida və Dərman Administrasiyası) və DEA (Drug Enforcement Administration; İng.c- tərcüməsi – Dərmanların Mühafizə Administrasiyası) agentliklərinin təyinindən istifadə edəcəyik (tibbi sahədə kokainin FDA tərəfindən narkotik sayılmağı anaxronizm sayılır).  Bu qurumlara görə “narkotik”lər qrupuna heroin, fentanil və oksikodon kimi asılılıq  yaradan sırf Opioid maddələr daxildir.  Amma gündəlik dildə işlənən “narkotik” sözü yalnız opioid qrupuna aid olmayan dərmanlarıda əhatə edir. Lakin elmi terminologiyaya əsaslanaraq kokain, marixuana, lizerqin turşusu (LSD), psilosibin, efedrin, dimedrol opioid olmadıqlarına görə narkotik sayıla bilməz. Beləliklə, gündəlik dildə istifadə edilən “narkotik” sözü daha dəqiq olaraq “psixoaktiv maddələr” termini ilə əvəz edilməlidir.

Şəkil 1. Fərqli opioidlərin təsviri.

Bəs psixoaktiv maddələr nədir? Psixoaktiv maddələr beyində xüsusi reseptorlarla əlaqəyə girib beyin neyronlarının elektrik xüsusiyətlərini dəyişən maddələrdi. Əksər hallarda həmin reseptorlar bədəndə ifraz olunan birləşmələrin miqdarını, insanın yeməyində olan maddələrin miqdarını və yaxud mühitdəki maddələrin miqdarını ölçür.

Şəkil 2. Beynimiz narkotiklərə işlənmə müddətindən, konsentrasiyasında, zamanından və beynə təsir etdiyi bölgədən aslı olaraq alternativ reaksiyalar göstərir.

Həmin reseptorlar hər birimizin gündəlik həyatımızda yuxu, aclıq, yorğunluq hallarını tənzimləyir. Psixoaktiv maddələr əksər hallarda bədəndəki normal birləşmələrə oxşar olur və həmin reseptorları aktiv edir. Beləliklə, “psixoaktiv maddələri” bir neçə qrupa bölmək olar:

  1. Sedativ-hipnotik, depressant maddələr. Bu maddələr beyini və hissiyatları keyləşdirir. Məsələn, benzodiazepinlər, zolpidem, barbituratlar, dimedrol və başqa anti-histaminlər, melatonin əsaslı maddələr, vəraq spirti (etanol) bu qrupa aid edilə bilər.
  2. Kannabioidlər: Bunların effekti depressantların effektinə yaxın olsa da, beyinə qlobal təsir göstərmir və daha spesifik reseptor qrupuna təsir edir. Marixuanada tapılan tetrahidrokannabinol, kannabodiol, endokannabinoidlər (bədəndə mövcud olan kannabinoidlər) bu qrupa aiddir.
  3. Stimulasiya edən maddələr: Bunlar beyini daha ayıq edir və eyforiya yaradır. Amfetaminlər, ekstazi, kokain, efedrin, kofein kimi madddələri nümunə gətirmək olar.
  4. Disassosiativ dərmanlar. Bunlar beyinin qavrayış (fikir) yaddaş və qorxu funksiyalarını bir birindən ayırır. Ketamin, lizerqin turşusunun dietilamidi (LSD), psilosibin, meskalin bu kateqoriyadadır.
  5. Antidepressantlar: Bunlar neqativ fikirləri və qorxunu azaldır. Prozak, fluvokamine (SSRİs) və trisiklik antidepresantlar (imipramin, amitriptilin) bu qrupun nümayəndələridir.
  6. Opioidlər (NARKOTİKLƏR): Bunlar ağrını aradan qaldırır və eyforiya effekti yaradır. Morfin, kodein, oksekontin, oksikodon, fentanil, heroin isə, bu qrupa aiddir.

Bu maddələrin bioloji effektlərin biliyi onlanrın sosial istifadə kontekstdə istifadəsi ilə bağlı stereotipik fikirlərin və səhv anlayışların aradan qaldırılması üçün vacibdir. Seriyanın növbəti məqaləsində marixuananın istifadəsinin bəzi ölkələrdə niyə məqbul olduğunu müzakirə edəcəyik. Saytımızı izləyin.

Mənbələr:

  1. Thomas, S. (n.d.). List of Narcotic Drugs: Examples of Opioids & Other Narcotics. 21 May 2020-ci ildə göstərilən linkdən götürülüb. https://americanaddictioncenters.org/the-big-list-of-narcotic-drugs
  2. Narcotics (Opioids). (n.d.). 21 May 2020-ci ildə göstərilən linkdən götürülüb. https://www.dea.gov/taxonomy/term/331

1 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: