Korona virusa qarşı vaksin yaratmaq mümkündürmü?

1721-ci ildə Lady Mari Vortley Montegu İstanbul səyahəti zamanı yerli həkimlər tərəfindən su çiçəyinin yayılmasını azaltmaq üçün icra edilən maraqlı bir prosesin şahidi olur. Həmin təbiblər su çiçəyi ilə yoluxmuş bir xəstənin dərisində əmələ gələn yaradan maye alıb mayeni sağlam insanın dərisinin altına iynə ilə salırdılar. Bununla da ilk dəfə müəyyən edildi ki, bu prosesdən keçən insanlar xəstəliyi yüngül formada keçirib gələcəkdə su çiçəynə qarşı davamlı olurlar. 70 il sonra Edvard Cenner adlı İngilis alimin ağlına gəlir ki, su çiçəyinin yoluxdurucusu mikroskopik orqanizm ola bilər. Belə olduğu halda sağlam bir insanın mikroorqanizmin zərərləşdirilmiş forması və ya aşağı miqdarı ilə yoluxması şəxsi xəstəliyin təbii formasına qarşı davamlı edə bilər. 1796-cı ilin 14 May tarixində Edvard Cenner Ceyms Fipps adlı 8 yaşlı uşağın hər iki əlinə su çiçəyi keçirtmiş qadının yaralarındakı mayeni inyeksiya edir. Bu hadisə ilə Cenner tarixdə vaksinasiya barəsində yazılan ilk elmi məqaləsini təqdim edir və tibbin yeni erasının əsasını qoyur. İndiki dövrdə su çiçəyi, qızılca, poliomielit, tif və s. törədicilərinin əleyhinə vaksinlər sahəsində inkişaf etmiş ölkələrdə həmin xəstəliklərin yayılması praktiki olaraq tamamilə saxlanılıb. Vaksinlərin mexaniki prinsipi nədir? Müəyyən olunub ki, Edvard Cennerin ilkin fərziyyəsi kifayət qədər dəqiq imiş. Vaksinlərin tərkibi istənilən virusun insan hüceyrələrində bölünə bilməyən və yaxud hər hansı bir xəstəlik törətməyən formasıdır. Məsələn, vaksinə virusun genetik materialı olmayan forması əlavə edilə bilər. Həmin virus “hissəcikləri” bədənə daxil olarkən xəstəlik törətməsə də, bədənin immun sistemini oyadır. İmmun hüceyrələri təhlükəni tanıyır və ona qarşı spesifik maddələr ifraz edir. Həmçinin immun sisteminin vaksinin tərkibindəki “hissəciklərə” qarşı “yaddaşı” yaranır. Əgər xəstəliyin əsl təbii forması həmin insanın bədəninə yol tapsa, vaksin olunmuş şəxsin immun hüceyrələri virusun təbii formasını tanıyır və sürətlə onu zərərləşdirir. Bu halda koronavirusa qarşı vaksin yaradılması nə üçün bu qədər uzun çəkir? Məgər digər vaksinlərin yaradılması üçün istifadə olunan metodları tətbiq edərək SARS-CoV-2 virusuna qarşı vaksin yaradıla bilməz? Məsələ ondadır ki və eyni zamanda fərz edilir ki, SARS-CoV-2 virusu Çində məskunlaşan panqolin və yarasalardan yayılıb.

Şəkil 1. Panqolin. Mənbə: worldwildlife.org; Yarasa. Mənbə: National Wildlife Health Centre, WUSF Public Media

Müəyyən olub ki, yarasalar və panqolinlər yüz minlərlə fərqli viral və bakterial mikrobların daşıyıcılarıdı. Lakin təkamül zamanı həmin heyvanlar viruslarla əlbəəl inkişaf edib və onlara qarşı möhkəm immunitet yaradıb (detallar şəkil 2-də). Həmin zaman, yarasaların bədənində məskunlaşan viruslar immun sistemindən “gizlənməyi” və onu “susdurmağı” öyrənib. Beləliklə, həmin viruslar yarasalara zərər törətmir və üstəlik yarasaların genetik fondunu genişləndirir. Qeyd etmək lazımdır ki, həmin virusların çoxu insana yoluxa bilməz. Lakin təsadüflə SARS-CoV-2 virusu istisna olub.

Şəkil 2.Virusa qarşı immunitet yaranma mexanizmi.

Bu virus insan hüceyrələrində nəinki arta bilir, hətta öz “gizlinliyindən” istifadə edərək immun sistemindən effektiv qoruna bilir. Məhz bu səbəbə görə, SARS-CoV-2 virusuna qarşı vaksin yaratmaq çətindir. Əksər hallarda vaksin hazırlamaq üçün alimlər tərəfindən virusun müəyyən bir hissəsi seçilir (məsələn şəkil 3-dəki “qrip” virusunun hər hansı bir hissəsi). Həmin “hissəcik” bədənə inyeksiya olunur və immun sistemi tərəfindən tanınır. SARS-CoV-2 isə, yuxarıda yazılan səbələrə görə immun sistemi tərəfindən effektiv aşkarlana bilmir.

Şəkil 3. İnfluenza A vironunun anatomik quruluşu. Mənbə: https://consultqd.clevelandclinic.org/influenza-vaccination-a-2018-2019-update/

Buna baxmayaraq dünyada artıq Koronaya qarşı 40-dan çox vaksin hazırlanıb. Niyə onlardan istifadə edərək virusun yayılmasına son qoymayaq? Problem ondadır ki, inkişaf etmiş ölkələrdə tibbi tədqiqatların planlanması üçün ciddi etik və hüquqi qaydalar mövcuddur. Vaksinin sənayeyə buraxılması və lazımlı dövlət investisiyalarını qazanmaq üçün elmi institutlar həmin vaksinin ən azı 3 mərhələdən ibarət sınaqdan keçirtməlidilər (Şəkil 4). Sınaqların bitirilməsi bir neçə il çəkir.

Buna baxmayaraq, ABŞ bəzi SARS-CoV-2 vaksinin istehsalı üçün lazım olan hüquqi prossesləri yüngülləşdirib. Hal-hazırda, Pfizer korporasiyası tərəfindən SARS-CoV-2 virusuna qarşı 2020-ci ilin sonuna yaxın vaksin yaradılmasının ehtimalı çox yüksəkdir.

Şəkil 4. Dərman istehsalının mərhələləri inkişafı. Mənbə: https://lupustrials.org/about-trials/phases-of-a-trial/

Yazar: Fransium

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: