Ədəbi Tənqid 1: Ədəbiyyatda Tənqid Metodları

Tənqid bizə mənfi təəssürat bağışlayan söz olsa da, əslində tənqid sadəcə nöqsanları göstərmək və düzəltmək məqsədilə deyil, eyni zamanda yaxşı cəhətləri üzə çıxarmaq üçün də işlədilir. Ədəbi tənqid isə ədəbi-bədii, elmi və s. əsərlərin təhlili ilə məşğul olan xüsusi ədəbi janrdır. “Ədəbi Tənqid” başlığı altında yazı seriyasının ilk yazısı olan bu yazımızda bu janrın ədəbiyyatda olan metodlarının qısa izahlarını verəcəyik. Davam seriyalarda isə hər bir metodu detallı şəkildə öyrənməyə çalışacağıq.

Ədəbi nəzəriyyə dörd əsas ünsürə yönəlir: cəmiyyət, müəllif, əsər və oxucu.  Eyni zamanda ədəbiyyatda tənqid metodları da xarici dünya və cəmiyyət yönümlü, müəllif yönümlü, əsər yönümlü və oxucu yönümlü olaraq ələ alına bilər.

Xarici dünya və cəmiyyət yönümlü tənqid əsəri tarixi, sosioloji və marksist baxış bucağından biri və ya birdən çoxu ilə təhlil edir. Yəni, əsərdə vacib olan onun yazıldığı tarix, bəhs etdiyi cəmiyyət – arxa plandır.

Müəllif yönümlü tənqid metodu yazarın psixologiyası və xarakteri ilə maraqlanır. Psixoanaliz yarandıqdan sonra ədəbiyyatda da öz yerini psixoanalitik tənqid olaraq bu metodda tapıb.

Əsər yönümlü tənqid metodunda əsərdən başqa heç nə önəm daşımır: əsər özü müstəqil şəkildə mövcud ola bilməlidi. Yeni tənqid, strukturist tənqid və arxetipal tənqid kimi növləri var.

Son olaraq, oxucu yönümlü tənqid isə, əsərlərə oxucunun perspektivindən baxır. İmpressionist tənqid və oxucu mərkəzli tənqidi özündə ehtiva edir.

Mənbə:

Moran, B. (1999). Edebiyat kuramları ve eleştiri.  Istanbul: Iletişim Yayınları

Yazar: Lithium

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: