Marina Abramovic-bədəninin limitlərini şüürunun imkanlarıyla, şüurunun limitlərini bədəninin toleransı ilə müasir incəsənəti incə sənət çərçivəsindən çıxaran Serbiyalı artist. O, hələ 1970-ci ildə “Rhytm 0” adlı sərgisi ilə sosial eksperimentlərə dərs olacaq bir əsər ilə incəsənətə damğa
vurur.
Vurdu deməyimiz də burda paradoksaldı, çünki onun bu sərgidəki əsas məqsədi ağrıya dözmək limitlərini kəşf istəyi idi. Məhz buna görə də sabit bir yerdə duraraq sərgiyə gələn izləyicilərə onun üzərində limitsiz kontrol azadlığını təklif edirdi. Marinaya güllər verən, saçını oxşayan, monoton və təkrəngli auditoriya zaman keçdikcə indikator kimi fərqli çalarları ilə özünü biruzə verməyə başladı. Marinaya sillə atdıqdan sonra cavab vermədiyinə fikir verən bir izləyici ilə başlayan bu metamarfoz izləyicilərin onu bıçaqlamasına, döyməsinə qədər davam elədi. Hələ bu harasıdı? Az öncə Marinaya gül verən şəxslər Marinanın paltarlarını cırır, vücudunun hər hissəsini əlləyir, dəfələrlə təcavüz edərək üstünə tüpürür, bir sözlə, cinsi təcavüzün azadlığını qeyd edirdilər! Marinanın izləyicilər tərəfindən çəkilən çılpaq şəkillərini əlində tutuzdurularaq boyundakı zəncirlərlə ağlayan görüntüləri bu sərginin “şəxsiyyət vəsiqəsi” kimi yaddaşlara
qədəm qoyur.

Nəfəs al/Nəfəs ver sərgisində sevgililər ağızlarını əlaqələndirən cihaz vasitəsilə bir-birlərinin verdikləri nəfəsi almağa başlayırlar. 17 dəqiqə davam edən bu inqilabi yaşam tərzi hər ikisinin şüurunu itirərək yıxılması və ağciyərlərinin karbon qazı ilə dolması ilə başa çatır. İki aşiqin bir-birinin həyatını yaşaması, mübadilə etməsi və məhv etməsi ilə bitən sənət əsəri ilə biz də öz məqaləmizi yekunlaşdırırıq.
Yazar: Nitrogen