
Hamımızın günlük həyatını kökdən dəyişən korona virusunun başlanğıc nöqtəsi kimi çox mənbə Wuhandakı canlı heyvanların və dəniz məhsullarının satıldığı Yaş Bazarını (Wet Market) referans verir.
Virusun burdan başlayıb-başlamadığını dəqiq bilməsək də, əmin olduğumuz bir gerçək var: 30 Martdan etibarən Wuhanın Yaş Bazarı özfəaliyyətini yenidən davam edir. Halbuki, daha 31 Dekabr 2019-cu ildə ÜST-ə (Ümumdunya Səhiyyə Təşkilatı) gələn məlumat çərçivəsində bu bazarda yeni bir pandemiyanın yayıldığı bildirilirdi.

Mənbə: Grid Health
50,000 m2 ölçülü bu bazarda tapa biləcəyimiz heyvan çeşidi isə olduqca zəngindi. Buna porsuq, qunduz, krokodil, it, tülkü və s. və i. misal göstərmək olar. Əlbəttə ki, yarasanı unutmadan!

Çinin Quilin Şəhərində Yaş Market, 19 İyun, 2014. Mənbə: Grid Health David Wong/ South China Morning Post
Bəs bu bazarlara bu qədər yüksək tələbatın səbəbi nədir?
- Ucuz qiymətli məhsullar, çoxlu çeşid, bazarda satılan ətlərin fərah olması, satıcı ilə qiyməti birbaşa bazarlıq etmək imkanı.
Yazar: Nitrogen