Velosiped Günü

Bu gün – 19 Aprel dünyanın bir çox yerində Velosiped Günü olaraq qeyd olunur. 1943-cü ildə məhz bugün kimyaçı Albert Hoffman tərəfindən tarixin ilk LSD “səyahəti” edilmişdir. Çoxları LSDni çox təhlükəli və zərərli bir maddə olaraq bilir, təbii ki, bu düşüncənin doğruluq payı var. Amma tibbi məqsədlərlə və kontrollu şəkildə istifadə olunduğunda düşünülənin əksinə LSDnin təsdiq olunmuş yararları belə var. Gəlin birlikdə öyrənək.

Lysergic acid diethylamid, azərbaycan dilində dietilamid lizerqin turşusu və ya qısa, hamıya məlum adı ilə LSD asılılıq yaratmayan lakin, ağır narkotik maddələr sırasında sayılır. Əsasən psixoaktivliyi (psychedelic) ilə fərqlənən bu maddə güclü halisünasiyalar görməyə səbəb olur. Bunlar çox gözəl mənzərələrdən çox qorxulu qarabasmalara qədər dəyişə bilir və əsasən insanın o anki halı ilə əlaqələnir.  Maddə, sehrli göbələk (psilosibin), mescaline və DMT ilə birlikdə “klassik psixodelikler” kateqoriyasına aiddir.

1960-cı illərin “Psixodelik hərəkat”ından sonra uzun illər boyunca bütün dünyada istifadəsi və araşdırılması qadağan olan LSD keçdiyimiz 10-15 ildə yenidən diqqət mərkəzində olmağa başlayır. Beləki, dünyanın ən öndəgedən araşdırma mərkəzlərində bu maddənin insan beyninə və bədəninə təsiri, insanda ortaya çıxardığı proseslər araşdırılır, hətta posttravmatik stres pozuntusu, depressiya və asılılıq kimi bəzi xəstəliklərin müalicəsində istifadəsinə başlanılıb. İndiyə qədərki qeyd edilmiş ən uğurlu siqaret atma metodlarından birinin məhz psixoaktiv maddələr ilə müalicə olduğunu da vurğulamalıyıq.

Araşdırmalar nəticəsində LSD-nin təsiri altındaki beyində müşahidə edilə bilən ən açıq hadisə “eqo ölümü”dür. LSD və yuxarıda sıraladığım klassik psixoaktiv maddələr beynin “standart rejimli şəbəkə” (default mode network) bölgəsindəki neyronların aktivliyini azaldır. Bu bölgə bizim egomuzun yaşadığı və bizi həyatda tutan, biyolojik orqanizmimizi mexanizmimizi idarə edən bölgədir. Buradaki aktivliyin azalması isə egomuzu bir kənara qoyub ətrafa öz gözümüzdən yox üstdən baxmağa və beyindəki bir biri ilə heç vaxt əlaqədə olmayan bölgələrin əlaqələnməsinə gətirib çıxarır. Nəticədə beynimizə gələn sensor siqnalları – səs, işıq, iy və s. bir-birinə qarışır, bir bütün halına gəlir. Görülən halisünasiyaların ən təməl səbəbi budur. Ego ölümü yaşayan insanların səyahətdən sonra dedikləri isə demək olar ki eynidir: “Dünya və kainatla birlikdə olduğumu hiss etdim. Biz təbiətdən, kosmosdan ayrı deyilik, hamımız böyük bir şeyin parçasıyıq”. Ümumilikdə bu maddə ilə əlaqəli çox əks fikirlər olsa da, kontrol altında doğru miqdarda istifadəsindən sonra insanların rəyləri müsbətdir.

LSD ilk dəfə 1938-ci ildə İsveçrəli kimyaçı Albert Hoffman tərəfindən ağrıkəsici məqsədi ilə sintez edilmişdir. Hoffman 5 il sonra maddəni yenidən test etmək istəyəndə təsadüfən az dozada qəbul etmiş və psixoaktiv təsiri ona maraqlı gəlmişdi. 3 gün sonra onun qayğısına qalacaq bir dostu ilə birlikdə maddəni bir daha öz üzərində test etmiş, hiss etdiklərini və başına gələnləri qeyd etməyə başlamışdı. Qeydləri və sonradan anlatdıqları əsasında “Velosiped Günü” adlı qısa animasiya filmi hazırlanmışdı. Filmi buradan izləyə bilərsiniz.

Yazar: Mendelevium

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: