
Böyük ehtimalla, çoxlarınız “Banksy” adını daha əvvəl eşitmisiniz və ya ən azından bu rəsmi görmüsünüz. Bəs heç kimin tanımadığı bu dünyaca məşhur rəssam kimdir?

Gördüyünüz şəkildəki rəsm Banksy ləqəbi ilə tanınan əsl kimliyi isə naməlum olan qraffiti sənətçisinin 2018ci ildə bir aksionda 1.4 milyon dollara satılan əsəridir. Aksion nəticələndikdən dərhal sonra rəsm insanların gözləri önündə özü-özünü parçalamağa başlamışdı. Hadisədən sonra isə, Banksy öz internet hesabından etdiyi paylaşımda deyirdi: “İllər əvvəl rəsmi çəkdikdən sonra çərçivənin içinə kəsici mexanizma qoymuşdum və bir gün aksiona qoyularsa mexanizmi işə salıb rəsmi məhv etməyi planlamışdım”. Bəzi mütəxəssislər isə, bu hadisədən sonra rəsmin qiymətinin daha da artdığını deyirdilər.
Banksynin dünyanın dörd bir tərəfində küçələrdə çəkdiyi rəsmlər bütün sosial medialarda paylaşılır, xəbərlərdə göstərilir, amma Banksynin özünün kimliyini hələ də heç kim bilmir. O, rəsmlərinin çoxunda sərhədləri, müharibələri, çirkin siyasəti, yoxsulluğu, uşaqların və qadınların öldürülməsini, şiddəti, içində yaşadığımız cəmiyyətin mənfi nöqtələrini və bir çox başqa hadisəni satirik janrla ifadə edir. Yazının sonunda isə bu rəsmlərdən bəzilərini sizlər üçün seçmişik.

Bütün dünyanı sarsan Koronavirus pandemiyası səbəbi ilə hərkəsin evdə işləmək məcburiyyətində qaldığı dövrdə Banksy də evində işinə davam edirmiş. Onun dünən paylaşdığı İnstagram paylaşımının açıqlaması isə, belədir: “Həyat yoldaşım mənim evdə işləməyimdən nifrət edir”. Paylaşılan şəkildə hamam və tualeti demək olar ki, cəhənnəmə çevirmiş siçanlar təsvir olunub:




Son olaraq, dediyimiz kimi Banksynin ən məşhur rəsmlərindən bəziləri:








Yazar: Mendelevium