Kiss: İlk Hissə

304
The Kiss, Qustav Klimmt

Yazarlarımızdan biri evindəki Qustav Klimtin ‘The Kiss’ tablosuna baxarkən bu haqda maraqlı bir post hazırlaya biləcəyini düşündü. Biraz da baxdıqdan sonra isə, beynində həmçinin digər Kiss temalı əsərlər canlandı və Kiss in Art seriyasına başlamağa qərar verdik.

Seriyamızın ilk əsəri də elə Gustav Klimmt-The Kiss haqqındadır. “Kiss” bildiyiniz kimi ingiliscədən tərcümədə öpüş deməkdir.

Gustav Klimmt (1862-1918) -Avstriyalı məşhur rəssam öz yaradıcılığının zirvəsində- ‘Golden Period’-unda ‘The Kiss’-i ərsəyə gətirmişdir. Bu əsəri onun şahəsəri adlandıra bilərik. İlk öncələr isə bu əsər ‘Liebespaar’ (Almanca: Sevgili) adı altında sərgilənib. Rəssamın bir çox əsərlərində olduğu kimi burda da, əsasən, qızıl tonlardan istifadə olunub. Qadın və kişinin eyni anda təsvir olunması isə, Klimmtin bir çox əsərlərindən onu fərqləndirir. Bildiyimiz kimi Klimmt daha çox qadın bədəni təsvir etməyə üstünlük verirdi.

Belə ki, biz əsərdə ölümsüz sevgilərini təsvir edən qızıl örtüklə əhatə olunmuş qucaqlaşan cütlük görürük.  Rəsmə azca diqqətlə baxdıqda kişi və qadının üzərində ‘Art Noueveaue’ tərzində motiflərdən istifadə olunduğu nəzərə çarpır. Kişinin üzərində olan həndəsi ağ-qara motiflər onun gücünün, kişiliyinin və maskulinliyinin simvoludur.

Qadında isə, bir az fərqli olaraq çiçəklər və dairələr görürük. Bu, onun qadınlığını və analığını təsvir edir. Əsərdə kişinin sifəti gizlənilsə də, qadının çöhrəsi və qapalı gözlərində hüzur və məmnunluq hissi aydın görsənir.

Bəzi iddialara görə, əsər self-portraitdir, yəni qördüyümüz qadın və kişi təsviri iKlimmt və sevgilisi Emilie Fölgeyə məxsusdur. Emilie Fölgenin 1902-ci il Klimmt tərəfindən çəkilmiş portreti də mövcuddur.

Bundan əlavə heç bir çılpaqlıq əhatə etməməsinə baxmayaraq  Post-Viktoriya cəmiyyəti öncələr əsəri pornoqrafik tərzdə qəbul edib. The Kiss ilk dəfə 1908-ci ilfə Viennada sərgiliənib və sərgi tam bitmədən satılıb. Qeyd edək ki, əsər hələ də Avstriya Belvedere Muzeyində saxlanılır.

Sevgi ilə və rəngarəng qalın

Yazar: Natrium.

1 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: