Stanford Həbsxana Eksperimenti

11651309_887270761367035_1746151401_n

1971-ci ilin isti bir avqustunda Filip Zimbardo sonradan öz adını verəcəyi, qarşıdakı 50 il boyunca psixologiya imtahanlarının əvəzedilməz sualı olacaq bir eksperiment etmək qərarına gəlir.

2 həftə davam etməli olan Stanford Universitetinin zirzəmisindəki bu təcrübənin ən maraqlı yanı isə, eksperimenti edən Professorun da təsirə düşməsi səbəbi ilə 6 gün sonra dayandırılmasıdır. 

Qəzetdə  verilən elanla 75 oğlan arasından mental və fiziki cəhətdən daha güclü 24 adam seçilir və tamamilə təsadüfi bir şəkildə “məhbus”,”nəzarətçi” şəklində iki qrupa ayrılırlar. Təcrübədən əvvəlki gündə polis “məhbus”ları gizli bir basqınla evlərindən götürür,barmaq izlərini alır və tam ciddi prosedura ilə gözübağlı bir şəkildə “həbsxana”ya götürür.Qəti bir şəkildə sərt davranışın da icazə verilməməsi ilə ilk gün heç bir ciddi hadisənin olmamağı ilə başa çatır.Lakin 2-ci gündən məhbuslardan biri “cəza evin”dən qaçmağa çalışır,başqa bir məhbus isə divarı cızaraq qaldığı günlərin sayını qeyd edir. 6-cı gündə işgəncəyə keçid və professorun da həbsxana müdiri kimi buna icazə verməsi səbəbi ilə təcrübə F.Zimbardonun gələcək həyat yoldaşı Christina Maslach tərəfindən saxlanılır

Eksperiment ən sakit görünüşlü bir insanın belə iqtidarı əlində saxladığı və bunu anladığı müddətdə mühitə sürətlə öyrəşməsi nəticəsi ilə bitir.

Zimbardo bütün ömrünü pis mühit pis xasiyyətə yol açır ideyasını izah etməyə çalışıb

2015, 17 iyulda ekranlara gələcək “Stanford Prison Experiment” filminin traileri 

Təcrübəni olduğu kimi izləmək istəyənlər üçün orijinal görüntülər https://www.youtube.com/watch?v=1Py3JJZ2ZrI

2007-ci ildə Abu Gharib və Zimbardo ilə bağlı “The Lucifer Effect:Understanding How Good People Turn Into Devil” kitabı nəşr olunub

Yazar: Nitrogen

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: