Tənha Nəsil

1979-cu ildə Çin əhalisinin ciddi və kontrolsuz bir şəkildə artışının qarşısını almaq üçün Çin hakimiyyəti tək uşaq siyasəti ilə gündəmə gəldi. Bu qanuna görə cütlüklər sadəcə və sadəcə bir övlad sahibi ola bilərdi. Bu qanunun pozulması təqdirində isə, ciddi cəza və cərimə ödəmək məcburiyyətində idilər. Bu qanun tam 35 il qüvvədə qaldı.

The movie poster from One Child Nation. Amazon Studios

“Tək Uşaqlı Xalq” filminin posteri. Amazon studio.

World Bank tərəfindən verilən məlumata əsasən1, 1979-cu ildə qadın başına düşən doğum sayı 2.8 idi. Bu, Çin üçün kifayət qədər yüksək bir rəqəmdir. 1990-cı illərdə isə, bəhsi gedən demoqrafiya planı nəticəsində bu rəqəm 1.5-ə qədər düşmüşdü. Çin dövləti iddia edir ki, tək uşaq politikası nəticəsində 400 milyon uşağın doğumunun qarşısı alınıb2.

Təbiidir ki, dünyanın fərqli ölkələrində də ailə planlanması üzrə fərqli demoqrafik politikalar var, ancaq Çin bu mövzuda ən sərt politikanı tətbiq etdiyi üçün illərdir fərqli elm adamlarının diqqətini çəkir. Xüsusilə də sosial elmlərlə məşğul olan elm insanlarını burada qeyd etməliyik. Əsas suallardan biri budur ki, Çin əhali artımını dayandırmaqda öz məqsədinə çatmış olsa belə bu siyasət əhali üzərində hansı təsirləri yaradıb?

Doğum üzərində nəzarət üsulu olaraq abortların tətbiqi də istifadə olunan metodlardan biridir . Təəssüf ki, tək uşaq politikası,beləliklə, gender əsaslı abortlara yol açdı. Bununla da valideynlər oğlan uşaqlarının doğulmasına, qız uşaqlarının isə, abort edilməsinə üstünlük verirdilər4. Gender bərabərsizliyi isə, öz növbəsində gendər əsaslı ədalətsizliklərə, evlilik məqsədi ilə edilən miqrasiyaya və s. səbəb oldu.

Bəs yaxşı, 35 illik bir tarix boyunca tək doğulan uşaqlar necə?

Tənha nəsil bu siyasət nəticəsində hansı təsirlərə məruz qaldı? Ailələrin tək övladları valideynləri, babaları və nənələri tərəfindən daha çox diqqət mərkəzində olduqları üçün bu 35 il ərzində doğulan uşaqlar “Kiçik İmperatorlar” adlanmağa başladılar. Nəzərə almalıyıq ki, tək uşaq siyasəti, əsasən, böyük şəhərlərə aid edilirdi. Bu siyasət nəticəsində Çin ekonomiyası kifayət qədər güclü hala gələrək şəhərlərdə yaşayan valideynlərin uşaqlarına iqtisadi və mənəvi cəhətdən verdiyi dəyərlərin də dəyişməsinə yol açdı. Tək uşaqlara ailələri tərəfindən daha çox dəyər verilirdi. Bu isə, öz növbəsində həm də təhsil səviyyəsinin yüksəlməsi ilə nəticələndi. Çin Xalq Respublikası əhali üzərindəki kontrolun bu metodla güclənməsi səbəbilə əhaliyə daha yaxşı təhsil imkanlarını təklif edə bildiklərinii iddia edir. 1990-cı illərdə Çində ali məktəbdə təhsil alan insanların sayı, beləliklə, 2.1 milyondan 4.1 milyona yüksəlmişdi4.

Bu haqda elmi araşdırmalardan nə bilirik?

Psixoloqlar bu politikanın uşaqlar üzərindəki təsirləri ilə bağlı bir çox fərqli teoriya üstündə düşünürlər. 1986-cı ildə aparılan araşdırmaya görə, bacı və qardaşsız böyüyən uşaqlar yaxın və uzun müddətli insan əlaqələri qurmaqda çətinlik çəkirlər5. Bu isə, haqqında bəhs edilən uşaqların sosial mövzularda əhəmiyyətli dərəcədə öz valideynlərinə asılı olmalarına gətirib çıxarır6 . Bundan əlavə “Kiçik İmperatorlar” bacı və qardaşı olan uşaqlarla müqayisədə risk almağa daha az meyilli və daha az rəqabətcil olurlar.7 Tək övlad sahibi olan valideynlər uşaqlarının həyatlarını adətən özləri planlayırlar. Bu isə, uşaqların gələcəkdə müstəqil hərəkət etmə qabiliyyətlərini azaldır8.

Yazar: Curium

Mənbə

  1. https://data.worldbank.org/indicator/SP.DYN.TFRT.IN?locations=CN
  2. People’s Daily. 400 million births prevented by one-child policy. (2011). People’s Daily.  http://en.people.cn/90882/7629166.html saytından götürülüb.
  3. Rumbley L.E., Helms R.M., Peterson P.M., Altbach P.G. (2014). Global Opportunities and Challenges for Higher Education Leaders.
  4. Coale, A. (1991). Excess Female Mortality and the Balance of the Sexes in the Population: An Estimate of the Number of “Missing Females”. Population and Development Review.17(3), 517-523. DOI:10.2307/1971953
  5. Falbo, T. &Polit D.F . (1986). A quantitative review of the only-child literature: Research evidence and theory development. Psychological Bulletin. 100(2), 176-189. DOI: 10.1037/0033-2909.100.2.176
  6. Cameron, L., Erkal, N., Gangadharan, L., & Meng, X. (2013). Little Emperors Pose Behavioral Challenges. Science. 340(6130), 272. DOI: 10.1126/Science.240.6130.272-b
  7. Tao, K. T. (1999). An overview of only child family mental health in China. Psychiatry Clinical Neuroscience. 1323-1316.
  8. Chen, Y. (2007). Parent-child relationship in single-child families in China. World Cultural Psychiatry Research Review. 123-127. DOI: https://api.semanticscholar.org/CorpusID:27918930

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: